Sən mənsiz,mən sənsiz
Nəzrin Həmzəyeva tərəfindən "Şeir" bolməsinə 04:52 06 oktyabr 2012 tarixində əlavə olunmuşdur

Gerçək budur,duyğular kəliməsiz,
Ürək budur,sevgisi cəriməsiz.
Sevgi budur,ürəklər məsafəsiz,
Tək bildiyim şey sən mənsiz,mən sənsiz.

Aman verməz dilə gətirim sözümü,
Necə yumum acılara gözümü?
Göz ağlamır ürək ağlayır sənsiz,
Tək bildiyim şey sən mənsiz,mən sənsiz.

Necə dözür acılara ürəyim,
Ürək sancır ağrayır kürəyim.
Sevgi sarayımda gəl ol gərəyim,
Tək bildiyim şey sən mənsiz,mən sənsiz.

Ürək sözüm misralara sığmayır,
Gözüm dönüb qeyrisinə baxmayır.
Bu ürəksiz hey ürəyim dağalyır
Tək bildiyim şey sən mənsiz,mən sənsiz.

 


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
Müəllif

Nəzrin Həmzəyeva
Haqqında
Hər bir insanı-insan olduğuna görə, ALLAH naminə, ALLAHI isə onun özü naminə sevmək lazımdır.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0248 saniye