Sən, qələm və şeir
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 17:35 04 aprel 2021 tarixində əlavə olunmuşdur

Hər sözü gətirmək olmur dilinə

İçimdə bir mən var, deyir ki mənə,

Gəl gedək həyatın boşluq yerinə

Nə dünya, nə səma, nə də ki yer var

 

Yolumda sədd quran bu duyğularsa,

Xeyir, şər qardaşdır ziddinə varsan,

Şər olsun qoy səndən gələn nə varsa

Deyirlər, hər şərdə bir də xeyir var

 

Dəyər zənn etdiyin çıxırsa dönük,

Bu dərdin ağrısı dəyərdən böyük

Çiynimdə Zərdüştdən otuz illik yük

Hələ də yoluma davam deyir var

 

Bilirəm, bu yükü daşımaq olar

Bir hisslə fikrindən daşınmaq olar

Beləcə, əbədi yaşamaq olar

Sən varsan, qələm var, bir də şeir var


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+23=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0227 saniye