Sən yanımda olsan əgər
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 18:30 31 yanvar 2016 tarixində əlavə olunmuşdur

Sənsiz ömür ömür deyil,
Keçən hər gün sanki bir il.
Önümə sən çıxsan qəfil,
Tərk eyləyər məni kədər,
Sən yanımda olsan əgər. 

Sənin ilə keçən günlər,
Hər biri xoş xatirələr.
Qanadlanar düşüncələr,
Olaram mən də bəxtəvər,
Sən yanımda olsan əgər. 

Üz çevirmə bircə məqam,
Sənsiz maraqsızdı yaşam.
Mənə həmdəm olub dünyam
Üzərimə sevinc ələr,
Sən yanımda olsan əgər.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+9=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0459 saniye