...Səndən sonra...
AğaPaşa tərəfindən "Şeir" bolməsinə 12:57 31 mart 2018 tarixində əlavə olunmuşdur

...Səndən sonra....
Çox şey dəyişib,
Səndən sonra...
İnanmazsan nələr,necə dəyişib..
Əvvəllər bahar ətri gələn bu şəhərdən,
indi payız qoxusu gəlir,
indi payıza bürünüb bu şəhər...
yaşıl yarpaqlar budaqlarını tərk eliyib...
Əvvəllər günəşə qucaq açan göy səma
indi boz buludlarla örtülüb...
Senden sonra..
Gecələr də səhərlərdən uzun olub,
Dünənimi,bu günümü,sabahımı aparmısan,
ölüb yaşamaq həvəsim
Senden sonra
,,sonrası,, olmadıgı üçün,
Ola bilmədiyi üçün,
,,Sən,,adlı bir boşluq yaranıb məndə.
O boşluğu çalışıram dolduram,
yad bədənlər qonaq olur bu bədəndə.
Ama yenə də alınmır,
fayda vermir heç bir təsəlli.
Rənglər belə dəyişib,azalıb senden sonra.
İki reng qalıb;ağ ve qara.
Havalar da yaman soyuyub,
Yoxsa bu hiss etdiyim sənsizliyin soyuğudur?
Yoxsa bu məni üşüdən tənhalıgın soyuğudur?
Hər axşam 4 divar arasında qəlbimdən gözlərimə
,,sən,, damır sanki.
Sənə aid yazdıgım şeirlərin misralarında tükənirəm,
yoxluğunun varlığıma necə bir zülm elədiyindən,
necə bir ezab verdiyindən xəbərin var mı?
Çox gözlədim gələrsən deyə.
Gəlmədiyin üçün mən sənə gəldim sevdiyim...
Elə bir şirin yuxudasan ki,o yuxunu qoyub,
mənə gələcəyinə inanmıram daha.
Ele bir sirin yuxudasan ki,
yuxunun sirinliyi
yatdigin torpaga da qarisib,
ona görə mi torpağ belə gözəl qoxuyur,
ona sən qarışdığın üçün mü gözəl qoxuyur?
Səni gizlətdim hamıdan,
və həmişə də gizlədəcəm,
Cismin torpaqda olsa belə,
unutma,
Qelbim ruhunun mezarıdır...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+28=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0233 saniye