Sənə qədər
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:29 26 may 2023 tarixində əlavə olunmuşdur

Sənə qədər elə boş yaşadım ki,

Məstəm indi həyat keşməkeşindən

Vaxt var hələ geriyə dönmək üçün

Gələcəyim uzundur keçmişimdən

 

Ayrılınca hüzurundan Allahın

Bu fəraqdan sənə çatmışdı ahım

Bir də sənin varlığına şadam mən

Yoxsa mənim bu dünyada işim nə?!

 

Görmək üçün mədət umma gözündən

Hər anın da bir hökmü var həyatda

Xəbərim yox, bəlkə sənin yanından

Görməmişəm, yüz dəfə keçmişəm mən

 

Bu diqqətsizliyin cəzasıdır ki,

İndi sənə yönəlmiş ayaq izim

Sənsə məni görmürsənsə, əzizim,

Bəlkə yoxam, bəlkə də heçmişəm mən...

 

Varlığımı yaddaşında buraxdım

Donub qaldım zamanın axarında

Ümidvaram, sənin həyat yolunda

Xoş xatirə, hüzünlü keçmişəm mən

 

Sənə qədər elə boş yaşadım ki,

Sənə qədər elə boş yaşadım ki...

Nə yaxşı ki, vaxt var dönmək üçün

Gələcəyim uzundur keçmişimdən...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye