Səni istərəm
Rüstəm Sadiqli tərəfindən "Şeir" bolməsinə 20:56 18 avqust 2019 tarixində əlavə olunmuşdur

Sən gözəl arzu,ən gözəl duyğu
Nağıllar dünyası bir şirin yuxu 
Laləli aləmsən,ətirli qoxu 
Ömürümün baharı səni istərəm

Aylı gecələrin çıxaq sehrinə 
Nəfəs ver ruhuma,baxım gözünə
Mən heyran olmuşam nurlu üzünə
Ömürümün baharı səni istərəm

Sən güləndə həyat gülür üzümə
Bir nəzər eylə könül közümə
Mənə baxaraq yenə gülümsə
Ömürümün baharı səni istərəm

Rüstəmdən incimə,könlüm səndədi
Bax ki,səni sevən hansı gündədi
Sən gedəndən bəri qəm üstündədi 
Ömrümün baharı səni istərəm


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

Rüstəm Sadiqli
Haqqında
Şair,
Əlaqə
Tel.:
+994517196064
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0255 saniye