Səni Sevirəm..
Fidan Bagirova tərəfindən "Şeir" bolməsinə 03:05 30 sentyabr 2012 tarixində əlavə olunmuşdur

Sevgilim mən sənsiz dözə bilmirəm

Elə bir şamam ki,sönən deyiləm.

Təkcə səni sevib,səni istərəm 

Mən daha heç kəsi sevən deyiləm.

 

Mənim dilimdə bircə sənsən sən.

Mənim sözümdə təkcə sən olmusan sən.

Hər sözümdə,söhbətimdə sən varsan sən

Həyatda sənə görə yaşayıram mən.

 

Mənim ümidim,gümanımsan sən

Mənim dar günümdə köməyimsən sən

Bilki sənə görə yaşayıram mən

Məni həyata bağlayırsan sən.

Sənsiz bu həyatda yaşamaram mən.

 

Əllərin əlimi tutduğu zaman

Dünaylar mənim olur, dünyalar o an.

Gözlərin gözümə baxdığı zaman

Dəryalarda boğuluram dəryalarda mən.

Səni Sevirəm sözünü sənə deməkdən

Bezmədim,bezmərəm,bezməyəcəm mən.

                          

 

Dilinizdən heç vaxt səni sevirəm sözü əskik olmasın!


... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
6+22=
Hesaba giriş
Müəllif

Fidan Bagirova
Haqqında
Hər gün insan üçün yeni bir həyatdır.
Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir!!
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.021 saniye