Səni sevmək
Rahid Zahidoğlu tərəfindən "Digər yazılar" bolməsinə 00:27 11 aprel 2014 tarixində əlavə olunmuşdur

Səni sevmək başıma gələn ən gözəl şeylərdən biridir. Sənlə danışanda özümü çox güvəndə hiss edirəm. Bəzən dalaşırıq, bəzən küsürsən bəzənsə ayrılıq ama yenə də bir-birimizdən əl çəkmirik. Nə olursa olsun bir-birimiz üçün yaşayırıq, savaşırıq bəzənsə ağlayırıq.Bəzən nifrət edisən, çıx həyatımdan deyisən ama gülüm bilirəm sən də məni sevirsən.

Səni sevmək əslində səni aynaya bilə qısqanmaqdır. Əhvalım olmayanda uşaq kimi gülümsəməkdir səni düşünməkdır səni sevmək.

Səni sevmək fədakarlıqdır, adını eşidəndə qəlbimin döyüntüsünün artmasıdır.

Səni sevmək etirafdır, dəlilikdir, heç kəsə qulaq asmamaqdır, cəsarətdir.

Səni sevmək məsafələrə fikir verməmək, görməmək və eşitməməkdir.

Səni sevmək xəyaldır, arzudur.

Sən tərəfdən sevilmək isə həyatdır, yaşamdır, sonsuzluqdur...


... dəfə oxunub
Qiymət: 4/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0279 saniye