
Üzümdəki cizgilərdə sən varsan
Beynimdəki hər fikirdə,
Sözümdəki hər hərfdə,
Bədənimin damarları 
gah uyuşur,
gah da donur.
Sənə görə özüm məni 
rahat yaşamağa qoymur.
Gözlərim də zəifləyib,
İti görən küçələri,
İndi daha torlu görür.
Torlu gözüm,
ətrafdakı hər adama 
bir-bir baxıb səni sanır,
sənə görə
hər günüm də
hər dəqiqəm də
günahlara yaxalanır.