Sənsizliyin distimiyası
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:13 07 mart 2022 tarixində əlavə olunmuşdur

Müqəddəs bir əl uzanıb mənə, əzizim,
Biləyi allahdan,
Barmaqları -
sevgidən, sükutdan, şeiriyyatdan,
ölümdən və səndən ibarət...
Tikanlı olsa da gəldiyim yollar,
geri dönürəm anbaan,
aram-aram...
Sıxma ürəyini itsəm sükutda,
bil ki, varlıq eşqim,
səni unutmaram,
səni unutmaram...

Uzun müddətdən sonra barışdıq göylərlə -
elçisi sənə olan həsrətimin verdiyi sıxıntı
Göyə uzandı qollarım,
əllərimdə səni axtardım o anda
Sən, yəqin, üzük barmağımda olardın...
Ancaq boş idi barmaqlarım...

Yumruq sıxmaz daha bu əllər
Göyə uzanıb səni diləmək varkən.
Dualarım səninlə,
bircə sevgi xətrinə
məni kütlədən uzaq tut,
bir də arada-bir xatırla içdən güləndə
bir neçə dəyər yaradan vardı xalqdan olan
məni onların arasında axtar,
ya da köhnəlmiş bütlərin sındırıldığı yerdə...

Hara aparır, görən, məni bu hislər?!
Nə qədər dartacaq ürəyim məni?!
Nə qədər aldadacaq məni bu beynim?!
Görünmür üfüqdə daha balıqlar
az sonra ruhum qanadlanacaq,
zamanı çatan nə ilk, nə də son balıq
süzəcək havada gərgin,
uçuşu isə mükəmməl və yetkin...
Yaralayıb keçəcəyəm önümə çıxan hər kəsi,
görənlər deyəcək,
sanki yayından gərilib çıxan bir oxam...
Bitmədimi nəhayət?!
Yetmədimi bu həsrət?!
Bir də gördün ki, yoxam,
çünki ölmək istər
mükəmməlləşən və yetkinləşən hər şey...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+27=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0209 saniye