Septinidən öncə
Susqun tərəfindən "Hekayə" bolməsinə 23:25 16 iyun 2015 tarixində əlavə olunmuşdur

İnsanların bütün kosmosun 1-dən çox planetində yaşadığını bilirsiz? Hə. Təkcə Yer kürəsində deyil, başqa qalaktikalarda, başqa kəhkəşanlarda, başqa planetlərdə də insanlar yaşıyır. Bəs yaşıyırsa biz niyə bilmirik? 

İnsanlar ümumkosmosda 12 planetdə "başlanğıcdan həyat qurub, qurur, quracaq". Hələlik isə, insanların yaşayacağı 12-ci planet yaranmayıb. Necə ki, Yer kürəsi milyard illərlə formalaşdı, sonra meymunlar, təkamül, Adəmi-Həvva, milyonlarla il də keçdi, bu günkü formaya çatdıqsa bunun təzahürü hələ tam da yaranmamış bir planetdə olacaq.

Bəs orataya suallar çıxır axı. 12 planetdə yaşayacaq qədər texnika-texnologiyamız varsa, niyə hamısını daha böyük bir planetə yığmırıq ki bütün yaşamın? Ya da ki, bir qalaktikaya? Bəlkə də isdəmirik bunu? Ya da belə olmalıdır?

Hələ ki, bunu bilin ki, bütün insanlar 11 müxtəlif planetdə məskunlaşblar. 12-ci isə hələ tam yaranmayıb, lazımi kosmo-təkamülü yaşayır. Bir sual daha. Bizə hansı planetdə yaşamaq seçimi verilir? Cavab: "yox".

İlk planet bizim Yer kürəsinin və digər 8 planetin də içində olduğu Samanyolu qalaktikasından 3.8 milyard işıq ili uzaqlıqda, "G-19" adlı bir qalaktikadadır. Burada insanlar yaşayır. Daha doğrusu "İnsanoidlər". Özü də ən yaxşı, ən keyfiyyətli, ən üstünləşmiş insanlar. Sual. Yer kürəsində orada yaşayacaq qədər mükəmməl insan yox idi ki? Cavab: "yox".

Hazırda insanların yaşadığı müxtəlif 11 planetdə insanlar "nərdivan" sistemli həyat qururlar. 1-ci planetdəki insanlardan azca da olsa məlumat verim. İQ səviyyələri minumum 600-700, maksimum isə 1500-dür. Nəzərə alın ki, bizim planetin İQ göstəricilərindən təxmini 10 dəfə daha güclüdür bu göstərici. Oradan bura gələn istənilən insan bizlər üçün "peyğəmbərlərin, mələklərin və də tanrıların etdiyi möcüzələri çox da çətinlik çəkmədən edə bilərlər".

İlk planetdə insanların fiziki göstəriciləri də fərqlidir. Orada "xəstəliklər", "viruslar" və s. yoxdur. Xüsusi atmosfer təbəqəsi (bizim dildə atmosferdir.) vasitəsilə bunlar təmin edilir. Hə bir də bir məsəl var. "Bəlkə də Oksigen 60-70 il yaşadan zəhərdir sadəcə." Bax, bu söz hardasa öz əksini tapır. Bizim atmosferimizin 20%-i oksigendirsə 1-ci planetin hava balansında 95%-lıq oksigen dərəcəsi var. Orqanlar o qədər gec çürüyür ki, bizim zamanımızla bir insanın orta ömrü təxminən 70.000 ildir. Əlbəttə, ölmək istəsə. Yox, əgər istəməsə onda "reinkarnasiya" edir. Möcüzəvi şəkildə yox. Sadəcə orqanlarını qısa müddətdə yeniləyir. Bizim vaxtla təxminən 3-5 dəqiqə çəkir bu proses. Sonra yenidən 70.000 il daha yaşayır. Əlbəttə, orada məzarlıqlar da yoxdur. Ölərkən birbaşa gəldiyi DNA-ya qarşdırır özünü insan. Təbiətə. Sonra gərəksə müəyyən zamandan sonra yenidən gəlir. Buna "qış yuxusu" deyə bilərik. Əsas fərqlərdən biri də ölçü fərqidir. Oradakı elmlər də fərqlidir. Bizim üçün Simya, Parapsixologiya, Biotexnologiya kimi elmlər mistik və şəhanə görsənsə də, orada bu elmlər dəyər sahibi deyil. Biz 10-luq say sistemini işlədiriksə, onlar 12-lik say sistemini işlədir. Biz 4-cü ölçüdəyiksə (en, uzunluq, hündürlük, zaman) onlar 12-ci ölçüdədir. Biz 12-lik zaman ölçülərini işlədiriksə (1 dəq = 60 saniyə (12x5 intervalı) ) onlarda bu ölçü 19-luqdur. Daha dəqiq desək "19x7" vahidi. Bilirəm, qəribədir, beynimizin götürməyəcəyi qədər çətindir. Bizlərin əsas 5 hissi varsa onların ən azı 19 hissi var. 

Bütün bunları bilirsiz amma bilmədiyiniz son bir şey var. Onların bizdən xəbəri yoxdur, bizim isə onlardan xəbərimiz var. Bu necə olur ki?

Axı onlar bizdən daha güclüdür. Axı onlar daha dəqiqdir, daha çox elmə sahibdirlər. Amma özlərindən zəiflərdən xəbərləri yoxdur? Necə olur? Bütün bunlar üçün öz tariximizə qayıtmalıyıq.

İlləri öncə 1-ci planetdə böyük mexanizmlərin illərlə qüsursuz işlədiyi anda bir səhv oldu. İki körpə doğuldu və onlar qüsurlu şəkildə doğuldular. 1-ci planetə yaraşmayacaq qədər qüsurlu. Həmin vaxt artıq insanlar 6 pilləli şəkildə, 6 müxtəlif planetdə yaşayırdılar. Ancaq körpələrin DNA-sı, maksimum İQ göstəricisi ilk 6 planetin heç birinə uyğun gəlmirdi. Çox aşağı göstəricilər idi. Bəşəriyyətin bəlkə də ilk səhvi. İnsanlar məzarlıqlar deyə bir şeyə ehtiyac duymurdular. Ona görə də qərara aldılar ki, bu iki körpəni tamamilə uzaq bir yerə, Yer kürəsinə "atsınlar". Qərarı insanların beynəlmiləl konfrasında 6 böyük planet başçısı və də 7-ci böyük "G"-nın razılığı ilə qəbul etdilər. Planet əvvəldən seçilməmişdi. Bu vaxtlarda isə Yer kürəsində tamam ayrı yaşam forumları - Dinozavrlara oxşayan varlıqlar yaşayırdı. Bu vəzifə isə Septinos adlı bir üstün insana verilmişdi. Onun vəzifəsi kosmo-kəşfiyyatçı idi. Uzaq kosmosu ən yaxşı bilənlərdə biri idi. Hətta kosmo-şüur anlayışını da ilk dəfə o "kəşf etmişdi" deyə bilərik.

Yer kürəsinə gələn Septinos iki körpəni burda qoyub getməli idi. Ancaq o, bunu etmədi. Buranın yerli sakinlərini K-19 cihazı ilə DNA-larını kopyaladı. Təbiətlərini öz xüsusi "kompüterinə" köçürdü. Nisbətən uzaq yerə göndəri bu "Dinozavrları". Bu iki köpəni isə planetdə qoydu. Bizim vaxtla təxminən 7 gündə gərəkli olacaq 7 böyük labaratoriyanı-piramidaları tikdi. Bu piramidalar xaricdən adi daş paraçalarına oxşasa da daxildən planeti və qalaktikanı idarə etmək üçün mərkəzlər idi. 7 əsas mərkəz. Bunları tikdikdən sonra Septinos planetinə qayıdır. O, etməli olduğu hər şeyi etdiyini deyir. Bircə piramida-mərkəzlərdən başqa.

İllər keçir. Bu iki körpə - Adəm və Həvva deyə tanıdığımız iki nəfər uzaqdan Septinosun idarəsiylə böyüyürlər. Nəsillər keçir. Atmosferin 50% göstəricilərində olması burada orta ömrü 600 il edir. Beləcə nəsillər dəyişir. Septinos uzaqdan idarə vasitəsilə insanların tərəqqisini tez inkişaf elədirmək üçün xüsusi insanlar vasitəsilə "möcüzələr göstərir, yerli insanlara xeyli şey öyrədirdi." Ancaq, qısa müddətdən sonra o səhv edir. İnsanlıq mənfi hisslərə qurban gedir. Acgözlük, pul, hərislik, qorxu insanlara qalib gəlir. Beləcə, oyuna "restart" verməyi qərara alır Septinos. İnsanları su ilə boğur. Ancaq yenə səhv edir. O, burada ən yaxşıları seçməliydi. Ümumiyyətlə ümmətcə qüsurlu olan insanoidlərin 7-ci ümməti "restart"-dan sonra fərqli olur. Bu dəfə Septinos bura xüsusi idarəetmə rejimləri, pul, siyasət, dinlər deyə şeylər göndərir. İlk xaosun təkrar yaşanmamağı üçün. Beləcə bu insanlara "başlarını qatmaq üçün və xaos yaratmamaları üçün çoxlu səbəbləri olur". 

Böyük su basqınında isə Septinos səhvə yol verir. O suların təsirindən məhv olacaq mərkəz-piramidaları bərpa edə bilmir. Dəfələrlə (Hətta 100 mindən çox) o bu planetə özü gəlir. Xeyli möcüzələr göstərərək insanları öyrətməyə davam edir. Ancaq orta İQ səviyyəsi hələ də 100-ü keçməmişdir. Beləcə piramidaların bərpa işi də uğursuz alınır. 7-ci nəsil insalara "özünüidarə hüququ verilir".

İnsanların atmosfer təbəqəsinə verdiyi ziyanlar və də Septinosun dəfələrlə uyğunsuz maşınla bura gəlib-getməsi oksigenin gösətəricisini 50%-dən 20%-ə qədər salır. Bu da uyğun olaraq ortaömürü 120 ilə salır.

Beləcə xeyli zaman keçir.

Ta ki, 12-ci əsrə qədər. 12-ci əsrdə isə, daha dəqiq desək 1127-ci ildə Septinos düşünür ki, artıq 7-ci ümmətin insanları onun istədiyi səviyyəyə çatıb. O, bizim tarixdə Hüqo de Peyn adı ilə məşhurlarşmış, Tampilyerlərin başçısı və yaradıcısı olan şəxsi ilk 7-lər hərəkatına lider seçir. Əslində bizim dilə çevirmələr zamanı buradakı məna itir. İlk hərəkatın 7-ci psixi sayılan "Peyn"-in adı "İeyn" olur. Tərcümələrdə bu ad "Veyn" deyə oxunur. Sonralar isə latındilli dillərə "Peyn" deyə tərcümə olunur. Həm də bu tarixi gizlətmək üçün əla şans idi. İlk 7-likdə lider 7-ci şəxs idi . (septin"İ") Daha sonrakı 7-likdə 6-cı şəxs lider olur. 3-cü 7-likdə 4-cü, 4-cü 7-likdə isə 3-cü şəxs lider olur. Beləcə davam edir.

İlk 7-lik. İlk 7-lik demək olar ki, Məbədçilər (Tampliyerlər) idi. Xalqın arasından seçilmis 7 nəfər. Ancaq Hüqo de Peyn hakimiyyətdə idi. Digər 6 nəfər adi xalqın içindən seçilir. 1119-cu ildə Peynin başçılığı ilə "Məbədçilər" və ya "Məbəd cəngavərləri" yaradılır. Ardından 8 il axtarışda olan Peyn digər seçilmiş 6 nəfəri tapır. Beləcə 1127-ci ildə ilk 7-lər hərəkatı başlayır. Septinistlərin əsas məqsədi isə bütün xarab insanlara qarşı, yəni elə hamıya qarşı vuruşmaq idi. Ancaq, elə bütün insanlarla bir yerdə. Məqsəd "Yevgenika", "On Doqquzlaşdırma", "Bioloji yaxşılaşdırma" idi. Hərəkat başlayır. 7 ildən sonra məhv olur. O dövrdən nələr qalır? Faydaları nə olur? Bu günkü massonların, assassinlərin, məbədçilərin yaranmasında böyük rol oynayır. Əsas faydası isə "kompasın" kəşfi olur. İtalyan dilində kompas "bussola" deməkdir. Lakin, köhnə italyancadan tərcümədə yenə ilk hərf "pussola" deyə olacaqdır. Bu əsas 7 kəşfdən biridir. Həm də bu kəşf gələcəkdə daha fərqli məkanlara getmək üçün kömək edəcəkdi. Dövrün digər 6 psixi isə heç biri xüsusi addan istifadə etməmişdir. Həmin 7-liyi təqdim edirəm.

S - Sorcerer - Sehrbaz (Köhnə italyancadan tərcümədə) - #11942SX - Bilinmir
E - Eguerriero - Döyüşçü (Köhnə italyancadan tərcümədə) - #X21932E - Bilinmir
P - Plotter - Sui-qəsdçi (Köhnə italyancadan tərcümədə) - #PX31942 - Bilinmir
T - Templari - Məbədçi (Köhnə italyancadan tərcümədə) - #2TX4194 - Bilinmir
İ - İmpeccabile - Qüsursuz (Köhnə italyancadan tərcümədə) - #42İX519 - Bilinmir
N -Nuventore - İxtiraçı (Köhnə italyancadan tərcümədə) - #922NX61 - Bilinmir
İ - İrascibile - Çılğın (Köhnə italyancadan tərcümədə) - #1932İO7 - Hüqo de İeyn

Birinci psixdə 1-ci rəqəm, 2-cidə 2-ci rəqəm, 3-cüdə 3-cü rəqəm və s. onların seriya kodunu, iştirak etdikləri hərəkatda neçənci psix olduqlarını göstərir. Sonrakı iki rəqəm onların Septiniyə neçə yaşlarında qoşulduğunu, 4-cü rəqəm onların temparamentini (Fleqmatik - 1, Melanxolik - 2, Sanqivinik - 3, Xolerik - 4), sonrakı rəqəm isə hərəkat uğrunda ölüb(1)-ölmədiyini(2) göstərir. Sonrakı hərfin mənası isə onların rəsmi qeydiyyatdakı soyadının baş hərfi və ən sonuncu rəqəm isə DNA tiplərindən hansınsa aid olmalarıdır. (Əksərən psixlər "x" və "o" tipli DNA-lara malik olur.)



... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0294 saniye