Sessiz ayriliq
Səbinə Həmzəyeva tərəfindən "Hekayə" bolməsinə 03:59 11 may 2012 tarixində əlavə olunmuşdur

Soyuq qış günündə yenə də sobanın kənarında fikirli-fikirli əyləşib nəsə düşünürdü.Çöldə isə şaxtalı hava öz işini görürdü.İnsan hənirtisindən heç bir əsər-əlamət yox idi.Neçə illər idi ki,Sahib kişi öz kasıb,balaca daxmasında tək-tənha yaşayırdı.Yox o əslidə tənha deyildi.Burada onun qəmini- kədərini,dərdini paylaşacağı,yeganə təskinlik tapacağı,yeganə vəfalısı onun balaca,isti,yumşaq tüklü iti idi.Sanki bu vəfalı it sahibinin fikirli olmasından,hansısa vacib problemin onu sıxmasından xəbərdar idi.Bunu üzündəki qırışlarda yaranan qəmginlik ifadəsindən anlamışdı.Sahib kişinin bu dəfəki dərdi əvvəlkilərdən fərqlənirdi.

Qoca,ahıl yaşında itini də itirsəydi lap tənha qalacaqdı.Əlac tapmalıydı.Yox,axı bu mümkün deyildi.Ömrünün sonuna az qalmışdı çünki.İ sahibinə çox öyrəşmişdi,sahibi də ona.Sahib kişi həmişə ova gedəndə iti onu vehşi heyvanlardan qoruyar,hətta quş ovlamaqda da ona kömək edərdi.Lakin Sahib kişinin iti heç gözləməzdi ki,nə vaxtsa hər dəfə sobanın yanında oturanda dərdini-qəmini onunla bölüşən,yemək yeyərkən ən yaxşı yerindən ona verən sahibi bir gün onu başqa bir qapiya-özgələrə təslim edəcək.

...Və o gün gəlib çatdı.Artıq getmək vaxtıydı.Sahib kişi bayıra çıxdı.İtinin ona nəsə anlayırmış kimi məzlum-məzlum baxdığını gördü.Gözləri yaşla doldu,özünü saxlaya bilmirdi.Yaxınlaşdı neçə illik dərd ortağına.Başını tumarlayaraq onu nə qədər çox istədiyini,ayrılığın onun üçün nə qədər çətin olduğunu deməyə məcbur oldu.Artıq sözləri bitdi.Gözlərindən isə yaşlar hələ də axmağa davam ediridi.İtini-yaxın sirdaşını öz əlləriylə düzəltdiyi balaac yuvasından çıxardaraq yola düzəldi.İkisi dı meşənin qaranlıqlarında görünməz oldular.


... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
7+14=
Hesaba giriş
Müəllif

Səbinə Həmzəyeva
Haqqında
Baki Slavyan universitetinin jurnalistika fakultesinde tehsil aliram.Yazmagi cox sevirem baxmayaraq ki evveller hec xosum gelmirdi yazi yazmaqdan.Mene bunu sevdirende ele bu senetim oldu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0285 saniye