Sevdiyim qadın
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 01:47 03 noyabr 2014 tarixində əlavə olunmuşdur

Sevdiyim qadın.
Bax yağışa. Nə görürsən? Sənin göz yaşlarına bənzəyir. Sevdiyim qadın.
Aç əllərini, qoy damlalar düşsün əllərinə. Əllirini üzünə vur. Qoy, əllərindəki damcılar üzünü yusun. Sevdiyim qadın.
Soyuq damcılar kimidir insan ürəyi. Buz kimi hərarət gözlədiyin ürəklər, səni üşüdür daima. Ağladır səni, sevdiyim qadın. 
Sevdiyim qadın, cəmiyyət qəddardır, səni məhv edir. Sevdiyim qadın, evində sevdiklərin, küçədə yadlar qırır səni, sevdiyim qadın. 
Sevdiyim qadın, əllərin qabar-qabardır, sevdiyim qadın ürərin damar damardır, sevdiyim qadın. 
Sevdiyim qadın, üzülmə. Öp yağış damlalarını əzizlərini öpdüyün kimi. Sevdiyim qadın.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+5=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0274 saniye