SEVDİYİMƏ (ŞEİR)
Gülzarə Hüseynova tərəfindən "Şeir" bolməsinə 13:19 02 iyun 2017 tarixində əlavə olunmuşdur

SEVDİYİMƏ 

 

Ağladım hönkür-hönkür

Şeir yazmaq istədim. 

Yaş axdıqca üzümdən,

Uzaqlaşmaq istədim

Həyatımdan, özümdən. 

Düşdüm özüm gözümdən,

Çıxıb mən öz sözümdən. 

Yalnızlaşmaq istədim. 

Dedim, bəlkə bəs edər?

Unutsam, bitib gedər. 

Amma gördüm, alınmır, 

Vaxt itirirəm hədər. 

Unutmaq olmayacaq.

Ürəyim almayacaq

Əvəzinə kimsəni. 

Tərif edən tapılmaz

Yazdığım kimi səni. 

Ay məni məndən alan,

Mənim "özüm" bildiyim, 

Bu şeiri sənə yazdım,

Səninçündür, sevdiyim! 

30.05.2017 (23:30) Bakı 

Gülzarə Hüseynova 

http://gulzareh.blogspot.com/2017/05/sevdiyim.html#more 


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+22=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0217 saniye