Sevdiyin insana necə toxunmaya, sarılmaya bilərsən?! - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 02:22 16 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Kultur.az saytının Aysel Abdullazadə ilə müsahibəsini təqdim edirik:

Bu günkü müsahibim yazar, filoloq və xoshbextqadin.az saytının rəhbəri - 

Aysel Abdullazadədir.

Aysel Abdullazadə: "Sevdiyin insana necə toxunmaya, sarılmaya, öpməyə bilərsən?!"

Yazmaq və yaşamaq, ikisi eyni anda ola bilər mi?
- Yazmaq elə yaşamaqdır, yaşantını və yaşamaq istədiklərini qələmə almaqdır. Ya yaşadığını yazarsan, ya da yaşamaq istəyib də yaşaya bilmədiyini. Bəli, bu zatən qırılmaz ikilidir.

Ədəbiyyatın vəzifəsi nə olmalıdı günümüzdə?
- Ədəbiyyatın vəzifəsi insanı əyitməkdir, həmişə belə olub. İnsan oxuyur və oxuduğundan çıxardığı nəticəni özü üçün qafasında saxlayır. Yaxşı olan yaddaşından yaşamına sirayət edir, mənfilikləri isə özü üçün bir silaha çevirir.

Yazar və adi insan, bunların sevgiləri eynidir mi, yoxsa hansısa daha çox sevir?
- Eyni deyil, necə eyni ola bilər ki?! Yazar poetik ruhlu insandır, yaradıcı insan əlbəttə fərqli sevəcək, yaradıcı sevəcək. Adi insanla söz insanı eyni ola bilməz. Hələ də sevmək konusunda. Belə bir ifadə də var: "şair kimi sev məni”. Mən özüm belə adi insanlar kimi "quru” sevə bilmirəm, mən də yaradıcı sevirəm, hər şeyi…

Yazarın həyatı, şəxsiyyəti müzakirə olunmalıdır mı?
- Yazarın həyatı, şəxsiyyəti onun yazdıqlarıdır. O, öz yazıları ilə kimliyini ortaya qoyur, fikirləri ilə özünü açır topluma. Bunlar müzakirə oluna bilər. Yazar kimdir deyəndə, onun ortaya qoyduğu, topluma sunduğu yazıları nəzərdə tutulmalıdır.

Postmodernizmə qarşı olacaq bir ədəbi cərəyan yaratmaq olar mı və ya var mı?
- Azərbaycanda olmasa da, dünyada postmodernizmdən sonra absurd janr yaranıb. Bunun yaradıcısı Albert Kamüdür. Absurdluq – məntiqlə izah olunmayanın sonucunda yaranan məntiqdir. Məncə, bu janr postmodernizm cərəyanına qarşı ola biləcək formatda Azərbaycanda yarana bilər.

Yazarlar nə üçün ölümdən çox yazır?
- Ölüm haqq və əbədi olduğu üçün. Ölüm ölümsüz olduğu üçün.

İnsan, nə üçün "sənin üçün ölərəm” dedikləri üçün ölmür?
– Bu sadəcə insan beynindən keçən və qarşıdakının dəyərini anlatmaq nəzdində kullanılan bir fikirdir. Heç bir əsası yoxdur. Bir halda ki, ana canından çıxan balası öldükdən sonra belə həyata davam edirsə, bu sözün hansı gerçəkliyindən söhbət gedə bilər?! Heç kim vazkeçilməz və əvəzolunmaz deyil.

Aysel Abdullazadə sevib-sevilən adi bir insan mı, yoxsa dünya şöhrətli bir yazar mı, olmaq istərdi?
- Hər ikisi… (gülür) Mənim hədəflərim həmişə böyük olub.

Ədəbiyyat bizi aldatmır ki?
- Aldatdığı da olub. Məsələn, uşaq vaxtı nağıllarda həmişə xeyirin şərə qalib gəldiyini oxumuşuq və bu inancla həyata addımlamışıq. Amma böyüdükcə bu gün anlayırıq ki, sən demə, ədəbiyyat bizi aldadıb.

Qadın necə azad ola bilər?
- İstəmədiyi bir şeyə məcbur edilməyən qadın azaddır. Azad qadın deyəndə, toplumda çox vaxt yüngül əxlaqın təbliğ edilməsi kimi qəbul olunur. Bu çox bəsit düşüncədir. Mən azad qadınam – ziyalı, müəllim ailəsində doğulmuşam, təhsil almışam, filoloq – müəlliməyəm, toplumda söz haqqına sahibəm, cəmiyyətə fikir aşılayıram, şagirdlərə dərs verirəm, insan yetişdirirəm. Azadlıq, fahişə termini ilə sinonim deyil, bu cəmiyyət bunu qavramalıdır.

- Boşanmış bir qadın, subay oğlanla nə üçün evlənə bilmir? ( əksi olur, ancaq)
- Cəmiyyətdən dışlandığı üçün, tabuları sındıra bilmədiyi üçün. Bir kişi öz həyat yoldaşını seçərkən ictimai qınaqla qarşılaşma ehtimalını aşa bilmirsə, o kişi bu cəmiyyət üçün elə özü kimi qorxaq övladlar yetişdirəcək. Boşanmış qadının buynuzu yoxdur ki! İkinci dəfə normal ailə qurmaq haqqına sahibdir. Və boşanmış kişilər ikinci, hətta üçüncü dəfə evlənərkən bakirə qız axtardığı üçün bu sorun var. Bakirəliyinə görə insana dəyər verən toplumuq, insani keyfiyyətləri sorğulamırıq belə…

Sevişməyin sevgiyə dəxli var mı?
- Əlbəttə, var. Kim deyirsə, yoxdur, gözünün içinə qədər yalan deyir. Sevişmək rəqsdir, toxunuşdur, hissdir. Sevmək də ən ülvi duyğudur. Sevdiyin insana necə toxunmaya, sarılmaya, öpməyə bilərsən?! Sevişmək və sevgi ayrılmaz ikilidir, vəhdətdir, birləmiş duyğudur. Ayrılarsa, dağılar, anlamı itər.

Qadınlar həqiqətən mi, pullu oğlan axtarır ərə getmək üçün?
- Pullu oğlan anlayışı nədir belə? Özünə paltar ala bilməyən kişini qadın neynəsin, axı? Kişi, əlbəttə, ailəsini, qadınını təmin etməlidir, normal ailə üçün gəliri yoxdursa, bu məsuliyyətsizliyi üzərinə alıb kimisə də özünlə sürükləmək nə qədər doğrudur? Qadınlar pullu kişi axtarmır (normal düşüncəli qadın), normal yaşam axtarır və istəyir. Bu da hər kəsin doğal haqqıdır.

Qara dərili birini sevsəniz, onunla gedib, Afrikada – bir qəbilədə yaşayardınız mı?
- Mən azad və mutlu yaşaya biləcəyim yerdə məmnuniyyətlə gedib həyat qura bilərəm. Geridə heç nəyi düşünmərəm. İnsan yaşamı individualdır, yaxınlarına, hətta ailənə görə belə, yaşamını qısıtlamaq doğru deyil. Harda xoş olsa, orada da yaşayaram. Afrikalıya gəlincə, sevə biləcəyimi düşünmürəm, bu üzdən ehtimalı belə yoxdur. (gülür)

Söhbətləşdi: Tural Sahab


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+34=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.035 saniye