Sevəndən
Mübariz Əhmədov tərəfindən "Şeir" bolməsinə 03:27 02 fevral 2013 tarixində əlavə olunmuşdur

                                     Sevəndən

 

Alışıb yandı könüllər nədənsə yarı sevəndən,

Əritdi ömrünü bağban vurulub, barı sevəndən.

 

İnlətdi sinəsində o köklənmiş incə telləri,

Düşüb ardınca süründü kamança, tarı sevəndən.

 

Aldı qəm üstünü hey eşqə düşən bağça-bağların,

Saraldı çöhrəsi göy heyvaların, narı sevəndən.

 

Qəlblər imdad diləyib ağlayanda güldü təbiət,

Dedi, dondum mən özüm də bu soyuq, qarı sevəndən.

 

Belə eşqim deyə gəl çox özünü öymə Mübariz,

Soldu, heç gülmədi bəxtin sənin də, yarı sevəndən.

 

 


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+35=
Hesaba giriş
Müəllif

Mübariz Əhmədov
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0263 saniye