Sevgi gülüşü
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:29 21 aprel 2019 tarixində əlavə olunmuşdur

Sevgi də yorularmış
qayğıdan mədət umar,
nəvazişdən borc alarmış hisslərini...
Məhəbbət də sıxılarmış bəzən
gecə zənglərindən,
səhər görüşlərindən,
lüzumsuz, önəmi olmayan söhbətlərdən.
Pəncərə üzərində buğdan çizilmiş ürək kimi
bir neçə saniyədə suya çevrilər bəzi sevgilər...
damlasında həyat boğular,
dünya çevrilər altı üstünə.
Bir qadın ağlayar otağın yalnızlıq küncündə
bir kişinin yataq otağında boş içki şüşələri devrilər...
Təklik ağır gələr bəzən,
dörd divarın içində əzilən vücudun ruhunu da sıxışdırar.
Günəş heç nəyi isidə bilməz daha
nə sahildəki qumları,
nə yerə döşənmiş mərməri,
nə də ki sol tərəfini...
Qəlbinin açıq qalmış pəncərəsindən
arzular boylanar yarımçıqlığına.
Bağlamazsan o pəncərəni
gələcək olanların ümidinə xatir.
Sevgi də yorularmış
yalanlardan,
xəyanətdən,
vicdansızlıqla möhürlənmiş duyğulardan...
Məhəbbət də ayaq açıb gedərmiş
ən yaxınların ən uzağına.
Yolunu bilmədən azarmış
məhbəs duyğuların yalnış cığırlarında.
Zaman dəyişərmiş bütün yaşanmışlığı.
İndi bir qadın gülüşü var,
yalnız bir odanın sevgi küncündə
iki nəfərlik eşq yaşanır.
İndi bir kişi səhər günəşi ilə
qadınına "günaydın!" mesajı yazır.
Və indi o şərab şüşələri
iki qədəhdə iki cüt dodaqla içilir.
İndi sevgi də yenidən doğulur,
məhəbbət öz yolunu tapdı.
İndi tənha olan yalnız dörd divardır...
Günəş isə göylərdən yerdəki qarı öpüşlərə bələyib...      

 

Aysel Ateş Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0251 saniye