Sevgi olan yerdə qürur olarmı?
Xanım Əliyeva tərəfindən "Esse" bolməsinə 01:48 29 yanvar 2014 tarixində əlavə olunmuşdur

Giriş

18-ci əsr ingilis ədəbiyyatında mühüm yeri olan, ledi ədəbiyyat kimi tanınan dünya şöhrətli, əsərləri realizm üslubunda olmaqla yanaşı həyata və insanlara, yaşadığı dövrə istehzayla yanaşaraq tənqid edən yazıcılardan biridə Ceyn Ostendir. Onun bir çox dillərə tərcümə edilərək indiyə kimi sevilən əsərlərindən biri də “Qürur və Qərəzdir”.  Əsər kənddə yaşayan bir ailədən və əsasəndə ailənin iki böyük qızlardından bəhs edir. Bu əsərdə yazıçı 18-ci əsrdə oğlu olmayan,qızlarını uğurlu nigah bağlaması üçün əlindən gələni edən anadan, həyat yoldaşına kinayə ilə yanaşan atadan və diğər üç qız övladı olan orta səviyyədə yaşayan ailədən söhbət gedir. Yazıcı o vaxt əsərdə onu düşündürən, o zamanın həqiqətən problemlərinə çevrilmiş gündəlik işlər, davranışlar haqqında ətraflı şəkildə əsərdə əks etdirməyə çalışmışdır.  Əsas hissədə mənbu məsələləri daha aydın şəkildə göstərməyə çalışacağam.

 

Əsas hissə

Əsərin başlanğıcında öz qızlarını kəndə təzə köçmüş ananın həyat yoldaşı ilə söhbətindən başlayır. Bizə tam şəkildə aydın olur ki, bu qadının niyyəti qızlarını tezliklə ərə verməkdir və o öz səviyyələrindən daha yüksək səviyyədə olan insnalarla qohum olmaq niyyətinə düşür. O zaman üçün bu adi hal idi. Çünki əgər ailədə oğlan övladı yox idisə, qız övladına atasının evindən heç bir hissə düşmür, atasının imkanı daxilində ərə getdikdən sonra aylıq pul və ölümündən sonra puldan başqa heçnə düşmürdü. O zamanlar ingiltərədə mayorat qanunu hökm sürürdü. Bu qanuna görə bütün malı mülkü ailədə böyük oğla, əgər oğul yox idisə nəsildə böyük olana qismət olacaqdı. Və bu səbəbdən də oğlu olmayanlar qızlarını dahaimkanlı ailələrin oğluna ərə verməyi üstün tuturdular. Düzdür indi daha bu qanun mövcud deyil. Lakin, çox böyük ədalətsizlik idi bu qanun. Çünki oğlu daha üstün tutub, qızı isə ikinci planda saxlamaqdan başqa bir şey deyildi. Bu ailənində mülkü ailə başcısının qohumuna qismət olacağına görə anası qızlarından birini mütləq ona ərə verməyə can atır. Bu hardasa başa düşülən haldır. Çünki ailə başcısının ölümündən sonra qızlarından biri onun həyat yoldaşı olduğu halda ailə o evdə yaşamağa davam edə biləcəkdi. Bu əsərdə gənc qızların evdə qalmaması üçün əllərindən gələni edərək sevmədikləri adama belə getməyə hazır olduqlarını göstərir. Amma bu heçdə iki böyük qızın fikirləri ilə düz gəlmir. Böyük qız Ceynin mərhəməti saf insanların timsalıdır. Çünki heç kim haqqında pis fikirləşməmək, hamını yaxşı insan görmək saflığın təcəssümüdür.  Elizabetsə əksinə, daha ağıllıdır. Onunla heçdə yaxşı davranmayan qürurlu Darsini yerinə oturtmağı yaxşı bacarır. Darsi qürur, özündən razılıq, özündən səviyyəcə aşağı olanları bəyənməmək kimi xüsusiyyətlərə malikdir. Lakin, yazıçı sevginin daha ülvü hiss olaraq qürurdan daha üstün olduğunu və qürura qalib gəldiyini göstərir. Çünki insan sevərkən kor olur və qarşı tərəfə etdiyi səhvləri anlayaraq ondan əhf diləməyə can atır. Bu əsərin əsas məğzi sevginin qürur və qərəz üstündə qalibiyyətidir. Bir insanın digər insanı tanımadan ona qarşı fikir və davranışlarını qərəzdən başqa heçnə ilə adlandırmaq olmaz. İnsanı tanımadan onun haqqında fikir bildirmək, onunla ünsiyyətdən qaçmaq qərəzin insanların münasibətə vurduğu ziyanı göstərir. Uikhem obrazı  isə görünüşə aldanmamağa çağırır. Gözəl sima, gözəl danışıq bu heçdə həmişə insanın yaxşı biri olduğunun göstəricisi deyildir. Uikhem hamının xoşuna gəlmə məharətindən istifadə edərək çox şeylər əldə edə bilmişdir. Sonda ailənin kiçik qızı qaçırdaraq onu sonra atmaq fikrində olsada Darsi qürurun yenərək Elizabetə görə Uikhemi Lidiya ilə evləndirir. Uikhem öz məqsədlərinə çatmaq üçün hər şeyi tapdalayan, lazım gələrsə hər şeydən keçərəkməqsədinə çatanlardandır. Burada ailə münasibətlərinə də yer ayırılıb. Bu ailənin başçısı həyat yoldaşını lağa qoyur, burada onların bir birinə qarşı sevgi yoxdur. Çox vaxt aiələlərdə belə şeylərə rast gəlmək olur. Tərəflər sevgisiz ailə qurduğundan bir birini bəyənmir, dalaşır, tənqid, təhqir, istehza edirlər. Elizabetin rəfiqəsi Şarlottasa münasibətlərdə sevgini qiymətləndirmir, onun üçün əsas ər olsun. Burada cəmiyyətdə belə xarakterli qızların çox olmasını göstərir. Çünki bəzi qızlar yalnız ərə getmək xətrinə ərə gedirlər. Onları xasiyyət, münasibət və hisslər maraqlandırmır. Əsasən dolanacağın olması, hətta oğlanın varlı olması və qızları “yağ, bal” içərisində saxlama ümüdü üzündə ailə qurması nadir hal deyil. Heç vaxt görünüşə və danışığa aldanaraq qarşındakını yüksək qiymətləndirmək olmaz. Darsi qəlbində səmimi mehriban biri olsada insanlara bunu göstərmir. Darsi Uikhemin əksidir. Elizabetin qohumu olan və mülkə sahib olacaq Kolinz ikiüzlülük göstəricisidir. O zamanlar keşişlərin bəzilərinin belə olması Osteni bu əsərdə keşişi göstərməsinə səbəb olub. Binqli Darsinin yaxın dostu və Ceynin sevdiyi şəxsdir. O çox mehriban və həddindən artıq sadə olduğundna Ceynlə tez bir zaman dil tapır. Ceyn və Bingli mehribanlıq, yaxşılıq işığıdır. Və belə insanların qəlbinə görə həyat gec və ya tez hədiyyəsin bəxş edir. Əsərdə pisliklərin çoxaldığına görə Elizabetin dilindən yazıcı bu dünyaya nə qədər çox baxsada bu dünyanı daha az görmək istədiyini bildirir. Çünki həyatımız boyu qarşılaşdığımız pisliklər, ədalətsizliklər bizi həyatdan küsdürür və işimizdəki ümüdü oldürür. Darsinin qərəzli və ədalətsizliyinə görə ona nifrət edən Elizabet sonda işin nə yerdə olduğunu biləndən sonra onu sevdiyini anlayır. Əks qütblər həmişə bir-birini cəzb edir. Biz ilk baxışdan qərəzli olduğumuz insanlarla sonralar daha yaxından tanıdığımız zaman nə qədər səhv etdiyimizi anlayırıq. Həmin insanlarlasa uzun illərin dostlarına çevrilirik. Və hətta həyatlarımızı bu insnalarla bağlayırıq.  Düz deyiblər nifrətdən başlayır ən böyük eşqlər. Və bu əsər bunun bariz göstəricisidir.

 

Nəticə

Əsəri dərindən oxuyaraq, onun oxuyuculara yazıcı tərəfindən hansı ismarıcların göndərdiyini anlamaq olur. Bizim qərəzimiz qarşımızdakı insanda bütün yaxşılıqlar əvəzinə pisliklərini görməyimizə yardımçı olur. Qürurun yaxşı hiss olmasına baxmayaraq onun həddindən çox olduğu zaman bizə və sevdiklərimizə necə böyük ziyan vurduğunu göstərir. Maskalanmış simalar altında nə qədər iyrənc və murdar insanların gizləndiyini gördüyümüzdə biz həyata və insanlara inamımızı itirməməliyik. Çünki saf və yaxşı insanlar var və onlar az deyil. Həyat yıxıldığımız qədər bizə qalxmağımızıda öyrədir. İstənilən yalanın gec və ya tez üzə çıxması, üzə çıxdığı zaman nələr baş verəcəyini biz bu əsərdə aydın sürətdə görürük. Sonda bunu demək istəyirəm ki, heç vaxt heçnəyə baxmayaraq sevginizi və sevdiklərinizi qürurunuza qurban etməyin. Biz əbədi deyilik, bizə verilmiş ömrü mehribanlıq və sevgi içərisində keçirtmək hər birimizin haqqıdır. Sevgi bütün hisslərdən daha üstündür. Çünki bizi yaşadan sevgidir. 


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
10+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0214 saniye