Sevgi şifrəsi
Nicat Həşimzadə tərəfindən "Hekayə" bolməsinə 19:52 07 aprel 2014 tarixində əlavə olunmuşdur

sevgi –  nəhayətsiz   kədər  qarşılığında verilən acı bir səadətdir ,  mənsə sevgini əbədi sədaqət andı hesab edirdim
sevgi - bir ömür boyu ruhun kölə olmasıdır
sevgi - azadlığın qatilidir, ömürlük əsarətdir
sevgi - zəhər dolu səadət şərabıdır
sevgi - ağsaçlı dünyanın kədərli nəğməsidir

 

sevgi – 20  yaşlı gənc , gözəl  qızla  ecazkar  yataq  münasibətləri  yaşadığın  anda   40  yaşlı qadının həsrətini çəkməkdir .

Nədir axı   sevgi ? Qəzəb dolu  ümidsizlik yoxsa   xoşbəxt  xəyalllarla  zəngin  ülvi  bir  duyğumu ? İnsanı  məst  edən  əbədi  sərxoşluqmu ?

 

Sevgi  günahsız   ruhun   günahkar  vücuda   təslim olmasıdır . Sevgi  yanında  ola – ola əslində  səndən  çox  uzaqlarda olan  hüdudsuz   bir  aləmdir .Sevgi  təmən-nasız  duyğudur , sonsuz  sabahlarda , aydın   gecələrdə    sevən  ruhların   birləş-məsidir . Lakin  səhərlər  sonsuz , gecələr  nəhayətsiz olsa  da  aşiqlə məşuqun səadəti  əbədi deyil .

 Sevgi  cənnət  həzzini  tənha  duymaqdansa sevgilinlə  birgə cəhənnəm  odunda  yanma  arzusudur .

Sevgi  unutmaq  istədikcə  daha  çox  sevməkdir .

Sevgi  xoşbəxtliklə bədbəxtik  arasındakı körpünün   rəsmidir .

 

Sevgi  qısa   bir  müddətə  tənhalıqdan  qurtulmaq , sonra da  tərki -  dünyalığa  qovuşmaqdır .

Sevgi  insanı xoşbəxt  edə  biləcək  ilahi  qüvvə  deyil , əksinə işgəncələr  yaşadan  İblisdir . . . Sevgi  taleyin amansızlığından  şikayətdir .

 

                                                                                                    


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0324 saniye