Sevgi və Zaman
Nara Mirzeyeva tərəfindən "Hekayə" bolməsinə 02:20 03 aprel 2015 tarixində əlavə olunmuşdur

Bir vaxtlar bütün duğuların yaşadığı bir ada var idi.  Xoşbəxtlik ,Kədər ,Qürur, Sevgi və başqa bütün duğular .Bir gün adanın batmaqda olduğu bütün duyğulara xəbər verilir.Bu xəbərdən sonra bütün duyğular adanı tərk etməyə hazırlaşır.Sevgi adada qalan ən son duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada batdığı zaman Sevgi kömək istəməyə qərar verir.Zənginlik çox böyük bir gəminin içində Sevginin yanından keçir.Sevgi:
-Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur.Zənginlik:
-Xeyr olmaz.Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer yoxdur. deyir
Sevgi çox gözəl bir yelkənli gəminin içindəki Paxılı görüb kömək istəyir.
Paxıl, nə olar mənə kömək et!
-Sənə kömək edə bilmərəm. Sevgi islaqsan və yelkənləri məhv edə bilərsən. deyə cavab verir
Kədər yaxınliqdan kecir və Sevgi kömək istəyir 
-Kədər, səninlə gəlim?
-Of ,Sevgi, o qədər kədərliyəm ki ,tək qalmaqa ehtiyacım var. -deyə Kədər dillənir
Xoşbəxtlikdə Sevginin yanımdan kecir . O qədər xoşbəxt olur ki ,Sevginin səsini eşitmir.
Sevgi birdən bir səs eşidir
- Gəl ,Sevgi !Səni yanımda apararam.Sevgi o qədər xoşbəxt  olur ki, ona kömək edənin kimliyini öyrənməyi unudur.Yeni bir adaya çatdiqda  Sevgi ona kömək edənə nə qədər borclu olduğunu anlayır.Digər duyğulardan soruşur:
-Mənə kömək edən kim idi?
-O zaman idi deyə cavab alır
-Zamanmı ?Niyə mənə kömək etdi ki?- deyə soruşur. Aldığı cavab isə çox sadə olur.
-Çünki ancaq Zaman Sevginin nə qədər böyük olduğunu anlaya bilər.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
Müəllif

Nara Mirzeyeva
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0699 saniye