SEVGI
Səadət Sadıqova tərəfindən "Digər yazılar" bolməsinə 00:18 25 dekabr 2012 tarixində əlavə olunmuşdur

Həyat bəzən heç gözləmədiyimiz halda insana elə sürprizlər yaşadır ki,onu bir ömür boyu unuda bilmirik.Ama bəzən bu sürprizlər heç də bizim gözlədiyimiz kimi gözəl olmur.Həyatın xoşsürprizləri olduğu kimi bəzən insana verə biləcəyi acı sürprizləri də var.Mənə də belə bir sürpriz bəxş eləyib həyat.Ama nə qədər acı da olsa, mənə nə qədər əzab versə də mən həyatın mənə bəxş etdiyi bu sürprizini çox sevirəm.Onun mənə bəxş etdiyi acılar bəlkə də mənim üçün dünyanın ən şirin əzablarıdı.Onun mənə verdiyi əzablar məni incitmir əksinə məni daha da sevindirir, gücümə güc qatır, mənə həyatımı yaşamaqda dəstək olur.O mənə yeni ümidlər, yeni arzular, yeni nəfəs verir həm də hər gün.O mənə dünyanın gözəlliklərini göstərir, qaranlıq yolumu aydınladır, həyatımı gözəlləşdirir, ürəyimi açır, o mənə daim inamla irəli getməkdə kömək olur.Bəzən gözümdə yaşa çevrilir, bəzən dilimdə xoş bir söz olur.Onu itirdiyimi düşünən zaman  o yeni bir sabahın şəfəq saçan günəşi kimi səmamı aydınladır, parlaq şüalarını üzümə saçır, istiliyi ilə qəlbimi isidir, nəfəsim olub içimə dolur.Ümidimin söndüyü zamanda torpağa düşmüş yeni bir toxum kimi yenidən boy ataraq qarşımda gözəlliyi ilə ətrafı bəzəyən bir gülə çevrilir.Bəzən həsrətim olur, bəzən kədərim olur, bəzən sevincim olur, bəzən arzularım olur.Bəzən içimdə bir söz yığınağına çevrilir qələmimlə yazılır bəyaz səhifələrə.Bəzən ürəyimin ən dərinindən avaz-avaz söylənib özünü dünyalara sığdırmaq istəyir.Bəzən də məni incidir, ama məni incitməsi belə mənə xüsusi bir ləzzət verir.Soyuqluğu ilə dondurduğu halda bir də görürsənki alov təki yandırır.Aləmləri yandıracaq qədər yandırır həm də.Bezib tərk etmək istəsəm hər addımımda məni izləyir, ölənə qədər qəlbimin sakini olacağına, məni heç zaman tənha qoymayacağına and içdiyini söyləyir.Hər zaman bir kölgə kimi yanımda olacağını bildirir mənə.Onu öldürmək istəsəm onu hər öldürüşümdə daha da çoxalacağını, daha da böyüyəcəyini, ona daha da bağlanacağımı söyləyir.Ona get dediyimdə belə bir şeyin əsla olmayacağını, məni əsla buraxmayacağını, daim yanımda mənə dəstək olan bir dost olacağını hər zaman mənə xatırladır.Onu sevdiyimdə isə mənə dörd bir əllə sarılır, məni öz qollarına alır, baxdığım hər yerdə, atdığım hər addımda onu görür, onu duyuram.Ona daha da çox bağlanır, onsuz yaşamağın heç olduğunu bir daha ama bir daha anlayıram.O, mənim həyatımdı, o mənim dünyamdı, o mənim özümdüki bugün mən onsuz özümü təsəvvür edə bilmirəm.Bir sözlə o hamının qəlbində özünə yer tapan, bəzən neçə-neçə canlar yaxan, bəzən ürəkləri qovuşduran, hər kəsin yaşamının mənası olan - sevgidir ki, heç kəsdən yan keçmir.Hər kəsin ürəyində, ruhunda, canında, varlığında yaşayır.Doğulduğu ilk gündən məzara gedənə kimi...


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+7=
Hesaba giriş
Müəllif

Səadət Sadıqova
Haqqında
Şeir yazmağı çox sevirəm.eyni zamanda şəkil çəkməyi də.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0633 saniye