sevgi
Nicat Həşimzadə tərəfindən "Şeir" bolməsinə 17:03 07 aprel 2014 tarixində əlavə olunmuşdur

öpülməyən dodaqlarda qaldı sevgi
vida görüşündə sevdik və  ayrıldıq
bu həm də ilk görüşümüz idi ilk və son ,
öpüşmədik , əlindən tutmadım , tanıya bilmədim səni 
indi isə həsrətim sevgimdən daha böyük .
basqa qizlarda axtardim varligini . 
hər birində sən vardin 
amma yoxlugun tərk etmirdi məni 
varlığınn ruhuma həkk olunmuşdu . amma sən yox idin .
ərinlə bir yataqda uyuyanda 
yastığımı  qucaqladım
həyat sərt üzünü göstərdi mənə . 
kimsəsiz uşaqlar kimi dolandim küçələrdə .
ilk ve son gorüşdə sənə aldığım
solan güllərdə qaldı sevgi 
indi əllərim əsir . yoxsul bir şairəm 
acıiqdan ölürəm cibim də 
heç siqaret parası da yox 

insanlardan mərhəmət ummuram 
bir şeiri bir çörəyə satıram 
taleyim sənsizlik içinde gəbərir 
ruhum da satıldı ilk şeirimi  satanda
geri dönməyə də üzüm yox indi . 
quruyan göz yaşlarında qaldı sevgi 
kaş qurumayaydı yanaqlarinda
içəydim göz yaşlarını 
ölum aninda xəstə adamın içdiyi 
son şəfa dərmanı kimi 

ogluna menim adimi vermisən 
mən olmasam da körpə Nicat 
yaşadacaq mənli xatirələrini 
doğulmayacaq körpəmizdə qaldı sevgi


... dəfə oxunub
Qiymət: 8/10(15 səs)
[qiymət ver ]
Şərh yaz
3+24=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0199 saniye