sevgilisini gözləyən qız
Nicat Həşimzadə tərəfindən "Hekayə" bolməsinə 01:55 18 aprel 2014 tarixində əlavə olunmuşdur

                                  SevgİLİSİNİ   GÖZLƏYƏN  QIZ     (HEKAYƏ)                                     

Böyük    səbirsizliklə  onu      gözləyirəm.  Şərtləşmişdik   ki ,    bu   gün görü-şək.   O  gələcək. Mütləq  gələcək. Hələ ilk   dəfə   görəndə   yalançı olmadığına  əmin oldum. Ona  inanmaq olar. Bu görüşü böyük   həsrətlə gözlədiyimə görə , görüş üçün təyin olunmuş yerə tez gəlmişəm.  O indi nələr düşünür ? Eşqimiz nakam qalmasa, nəcib sevgi hisslərimiz ölməsə, sədaqət andımıza xəyanət etməsək onunla quracağım həyatda məni məni nələr gözləyir? Qəlbim hərarətlə çırpınır, ruhum müqəddəs  sevgi məbədi qarşısında həyəcanla titrəyir. Həyatımın ən möhtəşəm , anlaşılmaz an-larını yaşayıram.Bu duyğularım sayəsində həyat  həqiqətlərini dərk edi-rəm.                                                                                            Görüş yerinə tez gəlməyi , sevgilimi həsrətlə gözləməyi  özüm istəmi-şəm. Yəqin ki, o qapalı insandır. Düşüncələrini   gizli   saxlamağı   sevir. Əminəm ki, məni ald atmaz. Ona  çox inanıram.                                                                                                                                                  Eh, əgər siz onu görsəydiniz , nəcib görkəminə heyran olardınız.  Mə-nim     dəcəl     sevgilim,    məni niyə   bu   qədər   üzürsən ,   axı    niyə  gecikirsən? Amma etiraf  edirəm ki, səni gözlədiyim bu  dəqiqələr  mənə  xoşbəxtlik  bəxş  edir. Qolumdakı   saatın    saniyələri   göstərən    əqrəbi altmışıncı   saniyəni   vurarkən   daha  bir   dəqiqənin   keçdiyini    görüb sevinirəm. Artıq  üç dəqiqə  qalır, üç dəqiqədən sonra biz   görüşməliyik, mənsə elə  bilirəm  ki,  sən   gecikirsən,  görürsən   necə   dəliyəm?   Biz  görüşəndə  sən  nə  edəcəksən? Yəqin   ki,   əlimdən   tutacaqsan,   sonra  öpəcəksən. Hər  ikimiz həyatimizin ən   xoşbəxt   anlarını    yaşayacağıq. Yanağımdan öpsən utandığımdan  qızaracam. Amma eybi yox, onsuz da hava   qaralır, üzümün qızardığını  bilməyəcəksən. Hava çox   soyuqdur, şiddətli  külək    əsir.  Hava  soyuq    olsa   da ,    şiddətli   külək  əssə  də  sevən ruhumun  yüksək hərarəti cismimi soyuqdan qoruyur.               Ən böyük xəyallarımı daha da təlatümə gatirən, ən pak arzularımı   da-ha da pərvazlandıran, həyatıma fərəh və sevinc gətirən bu sevgi görəsən, bütün həyatım boyu mənə xoşbəxt anlar yaşadacaqmi? Sən  geciksən  də mən qəzəblənmirəm. Bu dünyada səni gözləmək səadətindən   daha   bö-yük xoşbəxtlik varmı?  Qarlı, şaxtalı  bu  qış  axşamı  öz  ecazkarlığı  ilə qüdrətli sevgiləri tərənnüm edir. Mən bu axşam əbədi sevgiləri tərənnüm edən ilahi qüvvələrə minnətdaram. Sədaqətli sevgilim,  bilməlisən ki, tə-biət səni mənim üçün yaradıb. Eşq ilahəsi səni mənə hədiyyə edib.  Səni ilk  dəfə görən zaman alışıb yandım, qan  damarlarımda   qaynadı,   ürək çırpıntılarım qulaqlarıma pıçıldadı: “Bu  odur ”   O   anda    qəlbim uzun müddət xəyalları ilə yaşadığım varlığı tanıdı. Həmin an bütün kainat mə-nimlə birlikdə sevindi. Hər kəs eyni sözü dedi: “ Karolina, nə   yatmısan, oyan, sənin şahzadən gəlib” Mən Tanrını unutdum,   həmin   gündən elə bildim ki ,Tanrım sənsən. Düşündüm ki, xilaskar   mələyimə   qovuşmuşam.Karolina hələ on altı yaşında   ikən  tutduğu   gündəliyində   öz  sevgi hekayətini belə təsvir   etmişdi. Bu sözləri oxuduqca eşqi  nakam  qalmış məşuqlar kimi göz yaşları axıdırdı. Rəfiqəsi Qloriya da ona  qoşulmuşdu axı qızlar  ağlamağı xoşlayırlar. Ancaq Qloriyanı ağlamaqdan daha   çox  hadisənin sonluğu maraqlandırırdı. Karolina göz yaşlarini  silərək söhbə-tinə davam etdi:

     - İki gündən sonra ondan məktub gəldi. Bu məktubu  iyirmi  ildir ki, saxlayıram. Bilmirəm ki, tale hansı günahıma görə məndən   qisas aldı? Məktubu oxumağa başladı.

      “ Mənim gözəl Karolinam, mərhəmətli dostum,   sədaqətli   sevgilim inan ki, sənə olan sevgim sonsuzdur. Səni  bütün    varlığımla,  sarsılmaz məhəbbətlə sevirəm. Lakin həyat sənin – on  altı yaşlı məsum qızın anla-dığı qədər sadə deyil. İstəyirəm ki, yaşadıqlarımızı hər zaman xoş xatirə-lərlə xatırlayaq. İnan ki, birlikdə yaşasaq biri- birimizdən bezəcəyik. Bir-gə keçirdiyimiz anlari şirin bir xatirə kimi  yaddaşımızda  saxlasaq  daha gözəl olmazmı? Bəlkə də ayrılıq zamanı çatıb.   Karolina,  unutma ki, əsl sevgi əlçatmaz olmalıdır. Yalvarıram, məni bağışla. Mənə yaşatdığın xoş duyğulara, unudulmaz anlara görə çox sağ ol. Son sözü dərin sarsıntı ke-çirərək deyirəm. Əlvida, sevgilim, bağışla məni”

      Karolina hədsiz iztirab içində ağlayırdı. Qloriya da keyimişdi. Karolina  dərk  etmirdi ki göz  yaşları  quruyan zaman  sevgi sona  çatır . . 


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+7=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0197 saniye