Sevginin 3növü (3 kinds of Love) son part
Mehriban tərəfindən "Digər yazılar" bolməsinə 13:02 26 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Və budur, sevgilərin ən gerçəyi! (Təbii ki Masumiyə görə)

Yazıçı bildirir ki, “Üçüncü növ sevgi mənim “Rəğmən” adlandırdığım sevgidir”.

Bu sevgi digər iki sevgidən fərqlənir. Bu növ sevgidə “Kim isə olarsansa əgər” və ya “kim isə olduğuna görə” deyil, “Kim olduğuna rəğmən” sevilirsən. Esmeralda Qvazimodanı dünyanın ən çirkin, ən qorxunc biri olmasına “rəğmən” sevir. Əsil-nəcabətli, yaraşıqlı, zəngin gənc isə Esmeraldanı qaraçı olmasına “rəğmən” tapır.
İnsan dünyanın ən çirkin, ən yazıq, ən səfil biri ola bilər. Lakin bütün bunlara rəğmən sevilə bilər. Ümumilikdə çox dəyərsiz kimi görünə bilər, amma ən dəyərli kimi sevilə bilər. Əlbəttə ki, insanın bu sevgiylə qarşılaşması lazımdır. Yaponiyalı yazıçı bunu “ürəklərin ən çox susadığı sevgi” adlandırır. “Fərqində olsanız da, olmasanız da, bu növ sevgi sizin üçün yemək, içmək, geyim, ev, ailə, var-dövlət, müvəffəqiyyətdən daha önəmlidir.” O, haqlı olduğunu sübut etmək üçün sizə bir sualla ünvanlanır: “Qəlbinizin dərinliklərində düyada heç kimin sizə əhəmiyyət vermədiyini və heç kimin sizi sevmədiyini düşünsəydiniz, yemək, geyim, ev, ailə, var-dövlət, müvəffəqiyyətə olan inamınızı itirməzdiniz? Öz-özünüzə “Yaşamağın nə mənası var?” deyə soruşmazdınız?” Sonra Toyotome davam edir “bu gün həyatımızı davam etdirə bilməyimizin səbəbi “Rəğmən” növ sevgini indi yaşamağımız və ya bir gün bu sevgini tapa biləcəyimizə inamdır.” Hər şeyə rəğmən sevmək və ya sevilmək həqiqətən də çox gözəl və özəldir. Bu gün cəmiyyətdə hər kəsi doyura biləcək bu sevgini tapmaq çox çətindir. Çünki hər kəsin sevgiyə ehtiyacı vardır. Lakin kimdəsə başqasına daha artıq veriləcək sevgi yoxdur. Yaxınımızda olan birinin bu sevgini bizə verməsini gözləyirik. Amma o da eyni şeyi başqasından gözləyir. Masumi Toyotome sözlərini belə tamamlayır: “Dünyadakı ən böyük qıtlıq “Rəğmən” növ sevginin yetərincə olmamasıdır.”
Bəs sizin həyatınızda “Rəğmən” sevdiyiniz neçə insan var?


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+12=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0174 saniye