Şarsatan və Zənci uşaq
Sevinc Bayramova tərəfindən "Hekayə" bolməsinə 05:26 23 dekabr 2012 tarixində əlavə olunmuşdur
Balaca zənci bir uşaq şəhərin lunaparkında gəzərkən bir satıcının əlindəki şarları seyr edirdi. Hər rəngdən və hər formada olan şarlar par par parıldayırdı. 
Nə oldusa qırmızı bir şar bağlandığı yerdən açılaraq havaya qalxdı. uçdu, uçdu və nəhayət yerdən seçilməyəcək qədər yüksəldikdən sonra gözdən itdi. 
Bu mənzərəni seyr etmək üçün toplaşan insan kütləsini görən satıcı daha bir şar buraxmanın yaxşı bir reklam olacağını düşünərək havaya parlaq sarı rəngdə bir şar daha buraxdı. Daha sonra bir dənə də ağ şar buraxdı.
Kiçik zənci uşaq, olduğu yerdən böyük bir heyranlıqla göydə uçan rəngarəng şarlara baxaraq: 
"Əmi ...." dedi.
"Görəsən bir də qara rəngdə şar buraxsanız, o birilər qədər yüksələrmi?
Şarsatan kişi, anlayışlı bir baxışla uşağa təbəssüm edərək, qara rəngli bir şarı açdı. Barmaqlarını boşaldıb onu da havaya buraxarkən:" Oğlum dedi, " Bizi yüksəldən xaricimizdəki rəng deyil, içimizdəki cövhərdir."

... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+12=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0239 saniye