Şəhid balası Zəhra
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 20:17 11 iyul 2017 tarixində əlavə olunmuşdur

                   

 

     Mən Zəhra, Alıxanlı kəndinin kiçik sakini. Ata- babamdan miras qalan yurdun övladıyam. Burada çoxlu həm yaşıdlarım var idi. Onlarla bərabər böyüyürdüm. Anam, atam, nənəm, sevdiklərim hər kəs mənim tez böyüyüb xoşbəxt bir xanım olacağım günü səbrsizliklə gözləyirdilər. Anamın arzsu sonsuz, atamın güvəni tam idi. Nənəm məni dizləri üstünə alıb saçlarımı oxşayıb, nəğmələr söylərdi. Addım atmağı yeni öyrənərkən yıxılırdım. Heç ağlamağa macal tapmamış məni yerdən qucaqlarına alıb, öpüb oxşayardılar.      Dünya ilə tanışlığımın 18-ci ayında idim. Vətənimin qoynunda böyüyən kiçik Türk övladı idim. Burada mənimlə birgə anam, atam, nənəm və doğmalarım yaşayırdı. Valideynlərimin gələcəyinə çıraq idim. Nənəm hər zaman yanımda olardı. Həyət- bacanı onunla gəzirdim. Məni qucağına alıb, şəkil çəkdirib,doğmalarımıza göndərirdi. -Zəhra balam görün necə böyüyür:- söyləyərdi. Yenə bizim üçün adı günlərdən biri idi. 

                    

 

       4 iyul axşamı nənəmlə birgə evimizin yaxınlığında idik. Torpağın üzərində idim. Qəflətən eşidilən səs tozu dumana qatdı. Ondan sonra nə olduğunu anlamadım. Göylərə mənimlə həm yaşıd olan körpələrin yanına gəldim. Necə gəldim? Heç özümdə bilmədim. Burada  tək deyildim. Hər zaman ki, kimi nənəmdə mənimlə birlikdə idi. Nənəm bizi erməni dığası vurdu:-dedi. Niyə? Axı mən onlara nə etmişdim? Bizim torpaqlarda yaşayırlar, hələ birdə bu torpaqlarda böyüyən  körpələri məhv edirlər?  Ədalət- ədalət deyərək bağıran insanlar bəs haradadılar? Mənim kimi minlərlə körpələrin günahı nədir? Mən indi anamın isti qucağında olmaq yerinə soyuq  məzarımda     əbədi yuxuya dalmışam. 

               

 Amansız yerə öldürülən körpələrin cavabsız qalan suallarına kim cavab verəcək? Bəs anamın mənsiz keçirdiyi əzablı günlərin hesabını kimlər ödəyəcək? Atamın qucağında olub, başımı onun bağrına basmaq yerinə, soyuq kəfənə bükülmüş son mənzilə yola salınıram. Mən Zəhra, atam məni gözündən kənara qoymazkən, indi ürək parçalayan ah-naləsi ilə göylərə ucalıram. 

 

                

Mən bu torpaqların minlərlə  körpələrindən biriyəm. Yaşım kiçik olsada, ucaldığım zirvə müqəddəsdir. Çünki bu torpaqların Şəhid balası Zəhrayam.

 

Günel Ağayeva 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.024 saniye