Şəhidlik statusu
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:57 02 yanvar 2016 tarixində əlavə olunmuşdur

Oğlumu itirdim! Əsgər balamı itirdim!

Mənim balam ürək çatışmazlığından əziyyət çəkirdi. Və komandir bunu bilməmiş deyildi.

Yaşadığım cəmiyyətə nifrət edirəm. Savadsız və xudbin insanları yetişdirən elə bu cəmiyyətdir.

Mənim oğlum olmayan müharibədəm, pozulan atəşkəsdəm, düşmən gülləsindən, əsgər zarafatından həyatını itirmədi. Onu qudurğan komandiri “öldürdü.”

Varlı, məmur balaları kimi əxlaqsız, qanunsuz, özbaşına həyat tərzi keçirmədi. Sadə, kasıb həyatını da ona çox gördülər. Gözqamaşdırıcı əyləncələrdə gözü qala-qala monoton həyatından şikayət etmədi.

Şəhid ailələri ilə tez-tez əlaqə qururam. Bizi birləşdirən təkcə “şəhidlik statusu” deyil. Zatən o status bizə balamızı geri qaytarmır. Bizi birləşdirən mənəvi böhrandır.

Dövlətdən icbari sığorta pulunu ala bilmirik.

Status ala bilməyən neçə-neçə ailə var.

İctimaiyyətdən gizlədilən əsgər ölümləri var.

Cəmiyyətin laqeyd, bivec münasibəti var.

“Əsgər ölümlərinə son!” çağırışını eşitmirlər.

Bizləri isə ancaq və ancaq özəl günlərdə yada salırlar.

Vəziyyət təkcə bizlərə aid deyil. Qazilər də şikayətçidirlər.

NƏ VAXTA QƏDƏR?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+30=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0276 saniye