şeir olmaq
Sən An tərəfindən "Şeir" bolməsinə 17:45 13 dekabr 2015 tarixində əlavə olunmuşdur

***
bu gün taksiyə mindim,
düşdüm sən olan küçənin tinində.
dolaşdım yalnız-yalnız
içdim
sərxoş oldum
səni fikirləşdim hər vərəqin küncündə
qələmimdə şeirə çevrilən qadın.
bəlkə bir az qafiyə olaq
sənsiz çox sərbəstəm.

***
sinoptiklər xəbər verdi
sabah saçlarında külək olacaq
əsəcək sərin-sərin
əllərinə bulud gələcək
bürünüb yağışa üşüyəcəksən.
sinoptiklər xəbər verdi
qar yağacaq gözlərinə
sənsə qısılıb döşlərinə
geyinəcəksən əlcək ciblərini.

*** 
adı yox idi o binanın
o küçənin.
adı yox idi gözlərimə 
açılan pəncərənin.
adı yox idi
adı yox idi
adsız ölən ümidlərin.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+16=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0482 saniye