Şərxoş qadın...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 18:20 06 noyabr 2015 tarixində əlavə olunmuşdur

Qadın,
Bir əlində viski,
Digərində siqaret.

İşıltılı işıqlar altında,
Acınacaqlı halda.

Sərxoş kişilərə,
Məzə olurdu bədəni
Üç beş qəpiyə ...

Yeriyirdi tək başına,
Adı bilinməyən küçədə.

Bir "dost" əli uzansa,
Qalacaqdı orada.

Hava soyuq idi.
Kimsə yox idi.
Akbabalardan başqa.

Halbuki səni
möhtəşəm qılmışdı
Yaradan.
Sən isə,
İnadına
Fərqim yox deyirdin
Heyvandan ...

Küfrlər edib sağa sola,
Ləngərli addımlarla
İtdi qaranlıqlarda
Sərxoş qadın...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0394 saniye