SIRSIRA
NİKOLAY tərəfindən "Şeir" bolməsinə 01:23 05 aprel 2015 tarixində əlavə olunmuşdur

Təklik, insanı

başını qoyub yatdığı balıncı

öpməyə məcbur edir...

***

hər axşamın,

hər gecənin

zülmət qaranlığında

titrəyə-titrəyə

çarpayıda

yorğana bərk-bərk bürünüb

isinmək çətin olur...

***

soyuq otaq,

soyuq divar,

soyuq tavan

bir də soyuq döşəmə var...

tək adamın tək mənzildə faciəli həyatı var...

***

buz bağlamış ayağın

şaxtadan donmuş qulağın

əziyyətini gözlər çəkir...

qış fəslində soyuq vaxtı

buxarlanmış pəncərəyə

iki əlin on barmağı

ümidsizlik rəsmi çəkir...

***

neçə gündür

yataqdakı tənha bədən

isti çaya həsrət qalıb...

udqunmağa quru boğaz

suluqlamış dodaq qalıb...

göz yaşı da quruyubdur

şişman, ətli yanaqlarda

inan

kişilərin taleyidir

sonda

yetim qalmaq

qadınlarsız yataqlarda...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.029 saniye