Solmaz ömrün ilk baharı... (Gəraylı)
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:43 05 dekabr 2016 tarixində əlavə olunmuşdur

Solmaz ömrün ilk baharı,
Ayrılığa dözüm olsa.
Ürəyimdə həsrət qalmaz,
Ağlamağa gözüm olsa.
***
Sən nə halda,mən nə halda,
İkimiz də qeylü-qalda.
Bitməz ömür yarı yolda,
Yaşamağa üzüm olsa.
***
Öldür məni,canımı al,
Sevdiyimi yadıma sal.
Mövlud,necə dayanım lal,
Söyləməyə sözüm olsa.

20.08.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+24=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0233 saniye