Solmuş gülüş
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 02:30 27 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Elə gözəl gülürsən ki, kədər libasını soyunmağım gəlir
Bir-iki təbəssümdə mənə ver, çoxdandır sevinc görmürəm.
Gəl otur yanımda, ruhuva şeirlər üfürüm
Məndə kədərdir, sənə ancaq göz yaşı verə bilərəm qadın.
Bax bunlar uşaqlıq şəkillərim, hamısında fərqli gülüşlərim var
Amma indi, səndən borca gülüş istəyirəm.
Boş ver, əllərivi mənə aç cipimdə solmuş gülüm var
Götür, solmuş gülü çalış yaşat.
İndi gəl gedək, solmuş bağçamda gülüşüvə ehtiyacım var
Tut soyuq əllərimi, görürsəndə kədər baxmır soyuğa-istiyə.
Bağışla evim qarışıqdır vərəqlərlə, götür qırıq stulu əyləş
Darıxma gülüşüvü götürüm, ondan sonra çıxıb gedərsən... 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+7=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.035 saniye