"Somerset Moemə görə həyatın mənası"
Cavidan Hacıyev tərəfindən "Digər yazılar" bolməsinə 20:49 18 fevral 2020 tarixində əlavə olunmuşdur

“İnsan ehtiraslarının yükü” (Of Human Bondage) kitabının baş qəhrəmanı Filip Keri, kimin ki həyatını müəllif bədbəxt uşaqlıq illərindən tələbəlik illərinə qədər təsvir edir, həyatın mənasının nədə olmasını aydınlaşdırmağa çalışır. O, bu barədə öz dostu bohemiyalı şair Kronşoudan soruşanda, dostu məsləhət gördü ki, fars xalçasına baxsın. Kronşounun ölümündən sonra o, bu söhbət barədə
xatırladı və qəflətən metaforanı çözə bildi.
Bu daxili monoloq romanın kulminasiya nöqtəsi olaraq, əslində Moemin özünün həyata baxşını əks etdirir.

“.....” Filip məyus halda özündən bizim niyə mövcud olmağımızı soruşdu.

Hər şey elə mənasız gəlirdi ki. Bax, Kronşounu götürək, o niyə yaşadı? O, öldü və onu unutdular, onun satılmamış şeir kitabları bukinostlər tərəfindən yarıqiymətə satıldı; elə bil ki, onun həyatı ona heç bir fayda vermədi, əlbətdə ki, inadkar yazara jurnal məqaləsi ilə parrlamaqdan başqa. Filipdən lal fəryad qopdu:

-                 Axı bütün bunlar nəyə görədi?

Onsuz da əldə edilən sərf edilən zəhmətə uyğun gəlmir. Gəncliyin parlaq ümidləri acı məyus olmalar dəyərinə ödənilirdi. Dərdlər, xəstəliklər və bədbəxtliklər ağır yük kimi idilər. Bunlar nə demək idi? O, öz həyatı barədə düşündü, həyata başladığı parlaq ümidləri barədə, axsaqlığının onu məhrum etdiyi sevincləri barədə, dostluq nədir bilməməsi barədə, uşaqlıqda isə yalnız olması barədə düşündü. Bütün ömrü boyu o, mümkün qədər dərrakəli davranmağa çalışıb, ancaq yenə də uğursuz biri olurdu. Onun qədər imkanları olan digər insanlar uğura nail olurdular; hərçənd ki, o, özündən daha da böyük uğursuzluğq düçar olan insanlar da tanıyırdı. Deyəsən, hər şey təsadüfün nəticəsidir. Yağış haqlı olan və günahkar olanı eyni dərəcədə isladır, və hər bir uğursuzluğa mütləq bir səbəb tapılır.

Kronşounu yada salan Filip, şairin ona hədiyyə verdiyi fars xalçası barədə düşündü, Kronşoun bu xalçanı ona hədiyyə verərkən demişdir ki, həyatın mənası bu xalçadadır. Və birdən Filipə elə gəldi ki, o bunu çözdü. Filip gülümsündü: Kronşonun sözləri, belə görsənir ki, növbəti şaradalardan biri idi – sənə ipucu verilməyincəyə qədər bu şaradaların üstündə baş sındırırsan, sonra isə anlaya bilmirsən ki, necə oldu ki, özün bunu dərhal çözə bilmədin?

Cavab elə sadə idi ki. Həyatın əslində mənası yoxdur. Dünyada, sonsuzluğa gedən nursaçanın peykində, hər şey planetin inkişaf etdiyi müəyyən şərtlər əsasında yaranıb; eynən bu planetdə həyat da yaranıb ki, başqa şərtlər gəlsə həyat bitə də bilər; insan – ancaq həyatın çoxsaylı növlərindən biridir, o, heç də yaranışın tacı deyil, o, ətraf mühitin məhsuludur.

Filip bəşəriyyətin bütün tarixini öyrənmək istəyən bir şərq hökmdarı barədə hekayəni xatırladı; müdrik hökmdara beş yüz cildlik yazı gətirdi; dövlət işlərinə başı qarışan hökmdar müdriki geri yollayaq əmr etdi ki, yazını daha yığcam məzmunda tərtib etsin. İyirmi ildən sonra qayıdan müdrik özü ilə cəmi əlli cild gətirmişdir, lakin artıq hökmdar bu qədər qalın kitabları oxumaq üçün çox yaşlı idi və müdriki yenə geri göndərdi. Daha iyirmi il keçəndən sonra, artıq qocalmış, saçları ağarmış müdrik hökmdara cəmi bir cild dünyanın müdrikliyini özündən əks etdirən və hökmdarın öyrənməyə susadığı kitab gətirdi; lakin artıq hökmdar ölüm ayağında idi və onun hətda bu kitabı oxumağa belə vaxtı qalmamışdır.

Bu zaman müdrik hökmdara bəşəriyyətin tarixini cəmi 1 sətrlə dedi: İnsan doğulur, əzab çəkir və ölür.

Həyatın heç bir mənası yoxdur və insanın mövcudluğu məqsədsizdir. Bəs o zaman insanın doğulub doğulmamasında, yaşayıb ya da ölməsində nə fərq oldu? Həyat da ölüm kimi bütün dəyərini itirmişdir. Filip gəncliyindəki kimi sevindi, fəmin vaxt o, qəlbindən tanrıya inamı ata bilmişdir: ona elə gəlirdi ki, o, bütün məsuliyyət yükündən azad olub və ilk dəfə tamamilə azaddır. Onun heçliyi onun gücünə çevirlirdi, və qəfil hiss etdi ki onu izləyən qəddar tale ilə mübarizə apara bilər; çünki həyat mənasız olanda dünya artıq bu qədər qəddar görsənmir. Fərqi yoxdu bu və ya digər bir insan nəsə törədib və ya heç nə edə bilməyib. Uğursuzluq heç nəyi dəyişə bilmir, uğur isə sıfıra bərabərdir. İnsan qısa müttədə yer üzünə daşmış böyük bəşəri su burulğanında sadəcə balaca qum dənəsidir; lakin o, sirri çözə bilən kimi qüdrətli olur. Sirr isə budur – xaos elə heçnədir. Fikirlər Filipin alovlanmış beynində sıxılırdılar və sevinc ehtirasları onun nəfəsini kəsməyə başlayırdı. O oxumaq və oynamaq istəyirdi. Gör neçə aydı ki, o bu cür xoşbəxt deyil.

Həyat – Filip ürəyində qışqırırdı – həyat, sənin neştərin hardadı?

İki dəfə ikinin dprd etdiyi kimi, həyatın da mənasının olmadığını ona sübut edən elə həmin xəyal oyunu da onu yeni ləşfə sürüklədi: deyəsən, Filip başa düşdü niyə Kronşou ona fars xalçasını hədiyyə etmişdir. Toxucu xalçaya naxışı hansısa məqsəd üçün vurmur, o bunu sadəcə özünün estetik təlabatını ödəmək üçün edir, insan da öz həyatını eynən belə yaşaya bilər; əgər insan hesab edirsə ki, öz hərəkətlərində sərbəstdir, qoy həyatına özünü dəyişə bilməyəcəyi artıq hazır olmuş naxış kimi baxsın. Heç kim insanı məcbur etmir öz həyatının naxışını toxumağa, buna heç ehtiyyac da yoxdur – o, hər şeyi özünün həzz alması üçün edir. Həyatın müxtəlif hadisələrindən, işlərdən, hisslərdən, fikirlərdən o, naxış toxuya bilər – bu ciddi düşünülmüş, mürəkkəb və ya gözəl bir rəsm olacaq, və qoy, rəsmin seçilməsi guya onun özünədn asılı olması ancaq illyuziyadır, ayın aldadıcı işığı altında kabusların təqib edilməsi qədər fantaziyadır – iş bunda deyil; əgər ona belə gəlirsə, demək onun üçün elə bu həqiqətdir. Heç nəyin mənasının olmamasının və heç nədə dəyər olmamasını bilərək, həyatın sonsuz parçasına toxuyacağı müxtəlif sapları seçməsindən insan yenə də zövq ala bilər: axı bu heç bir mənbəsi olmayan və heç bir dənizə tökülməyən sonsuz axan çaydır. Cəmi 1 naxış var - ən sadə, mükəmməl və gözəl olanı: insan doğulur, kişiləşir, evlənir, dünyaya uşaq törədir, bir parça çörək üçün əziyyət çəkir və ölür; lakin digər, daha mənalı naxışlar da var ki, bu naxışlarda da xoşbəxtliyə və ya uğura can atmağa yer yoxdur – onlarda bəlkə də, özlərinin hansısa səksəkəli gözəlliyi gizlənib.

Bəzi həyatlar, onların sırasında Xeyuordun həyatı da, naxışın tamamlanmasına hələ çox qalmış, kor təsadüfün nəticəsində qırılırdılar; bu zaman tək təsəllə o olur ki- bunların heç birinin mənası yoxdur; digər həyatlar isə, məsələn Kronşounun həyatı kimi, elə dolaşıq naxışa çevrilirlər ki, burada baş açmcaq çox çətin olur – bu zaman baxış bucağını dəyişməli və vərdişi fikirlərdən əl çəkməlisən ki,  belə həyatın nə dərəcədə özünü doğrultduğunu anlayasan.

Filip hesab edirdi ki, xoşbəxtlik axtarışından imtina edərək, o, sonuncu illyuziya ilə də vidalaşmış olacaq. Ölçü vahidi xoşbəxtlik olunca həyat dözülməz olur, lakin indi, digər meyyarla yanaşmağı seçəndən sonra, onun sanki gücü də artmışdır. Xoşbəxtlik də dərd kimi elə az dəyər daşıyırdı ki. Bunların hər ikisi digər xırda hadisələrlə birlikdə onun naxışına sarılırdı.

Hansısa bir anlıq o, sanki öz varlığının təsadüflükləri üzərinə qalxdı və hiss etdi ki, nə xoşbəxtlik, nə də dərd ona daha əvvəlki kimi təsir edə bilməyəcək. Bundan sonra onunla baş verəcək hər bir şey onun həyatının mürəkkəb naxışına yeni ilmə əlavə edəcək, son yetəndə isə o rəsmin yekunlaşmağa yaxın olduğuna görə sevinəcək. Bu sənət əsəri olacaq, və bu barədə yalnız onun xəbərinin olmasının və onun olməsi ilə də itəməsi bu əsəri daha az gözəl etmirdi.

Filip xoşbəxt idi.



Tərcümə edən: Cavidan Hacıyev

 

 

https://bahmanyarclub.blogspot.com/2020/02/somerset-moem-gor-hyatn-mnas_16.html  


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0238 saniye