Son nalə...
Həsən Mehdiyev tərəfindən "Oçerk" bolməsinə 20:35 08 aprel 2014 tarixində əlavə olunmuşdur

Unutmuşdum, inan mənə… Hətta ağlıma da
gəlmirdin.. Hər şey yaxşı idi, sənlə bağlı heçnə
düşünmürdüm.. Mən də hər kəs kimi "həyat
gözəldi" deyib yaşamaqla məşğul idim… Xəyal
qurmağı unutdum, sənlə bağlı olan hər xatirədən
qaçdım.. Siqareti də azaltmışdım.. Kefimi pozacaq
deyə bəzi mahnıları sildim, dinləmədim.. Gecələr
tez yatıb, səhərlər tez oyanırdım.. Parka gedib
xoşum gələn bir qızla da tanış olmuşdum, məni
anlayırdı, ən azı.. Yəni, varlığın cəhənnəm,
yoxluğunu da unutmuşdum.. Ta ki, sən yuxuma
girənə qədər.. Bir parkda skamekada oturmuşdum,
uzaqdan təbəssümünü gördüm, gəlib yanımda
oturdun.. Heçnə olmamış kimi sual verdin: "Hələ də
əvvəlki kimiyəm?" Əvvəlki kimi idin.. Dağınıq
saçların, o gözlər, əllərin, həminki sən idin.. Ama
susdum, heçnə demədim.. Bəlkə də danışardım,
sadəcə yoxluğuna o qədər inanmışdım ki, söz
tapmadım.. Səhər açıldı.. Oyanıb gördüm ki,
telefonuma sms gelib, güldüm dedim bəlkə də mən
hələ yuxudayam, amma oxuduğum sms ''Mən səni
sevirəm, amma başqası məni daha səndə ayırdı.
Toy günümdə xəyalım sən idin... Elə xəyalımda da
qaldın. Mənə ''gözlərimsən'' demişdin... İndi o
gözlər sənin deyil, bağışla. Mən sadəcə bir rəsm,
kor rəssamın əlində''. Gülümsədim... Və özümü
toparladım, güc tapıb əlimi apardım telefona və
yazdım. ''Gələn həyatda söz vərirəm ki, səni
tapacam. Üzülmə, gözlərim, xoşbəxt ol. Mən səni
unutmadım, unutmuyacam da...'' Bu da günəş kimi
parlayan sevgimizin son nalesi... Bagışla sevgilim,
amma mən tələsirəm o biri heyata...


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+9=
Hesaba giriş
Müəllif

Həsən Mehdiyev
Haqqında

Əlaqə
Tel.:
0558653805
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0296 saniye