SON..
Qoşqar Abbas tərəfindən "Digər yazılar" bolməsinə 15:37 14 iyul 2012 tarixində əlavə olunmuşdur

Hər gün bir sonla qarşılaşırsan. Açlan bir səhər bir sondur. Sevginin sonu, dostluğun sonu yada ki, kiminsə sonu. Sonlar sənin sonunu gətirir. Gecə yuxuya dalanda səhər oyanacağına şübhə edirsən. Günəşin doğmasını, parlaq şüalarının üzünə vurmasını, sənə yaxın olanları, sevdiyini, ailəni görməyəcəksən sanki. Sarılmaq istəyirsən onlara. Amma artıq gecdi. Yuxudasan. Səhər açılır. Özünü Ərafda hiss edirsən. Və bir neçə dəqiqə sonra… Günəşin süaları oyadır səni. Qapı döyülür. Sevdiyin “dur”-deyir,”qalx” -deyir. Onu görürsən. Hələ də sağsan yaşayırsan. Sevinirsən. Qəribə düşüncələr gəlir yenə beyninə. Qurd eşələnir  sanki.  ”Bəs o?. O olmasa. Bir gün səhər onu görməsəm. Sonum bu sondan yaxşı deyilmi?”.

Xəyanətlə qarşılaşırsan. Onunda sonunun gəlməyini istəyirsən. Gözlərinə baxmaq, sillə vurmaq istəyirsən. Ayılsın deyə, senə verdiyi əzabı görsün deyə. Edə bilmirsən. Sevirsən. Əlin gəlmir ona vurmağa. Yenə sevmək, əvvəki kimi olmağını arzulayırsan. Qoy o, sənə xəyanət etsin, aldatsın. Qoy sevsin başqasını. Səninlə oynasın. Amma sən saatlarda danışmadan sakitcə ona baxmaq istəyirsən. Gözlərinə baxmaq istəyirsən. Gözlərində xəyanəti görsən belə. Sənin gözlərindəsə parlaq sevgi göstəricisi. Axsam bu gözlərdən yaş axır. Yağış kimi, sel kimi. Onun yanındasa üzün gülür. Bildirmək  istəmirsən ona göz yaşlarını. Güldürmək gəlir içindən. Klounu olmaq istəyirsən. Yetər ki, gülsün. O, güləndə axı sən sənlikdən çıxırsan. Göylərə ucalır və elə oradaca qalım deyirsən. Bircə son olmasın. Bu son sənin sonundur cünki. Yaşaya bilməzsən. Bağlanmısan ayrılmaz tellərlə.

Bilmirsən əslində sevgi nədi. Dilinin ucundadı. Dadlıdı, şirindi. Xoşuna gəlir. Bəzəndə acı. Yada ki, turş. Amma bu acının sirin olması üçün gözləyirsən. Qürurunu da sındırırsan. O sənlə olsun deyə. Ətrafdakıları görmürsən, dostlarını, ailəni görmürsən. Tək o. Bax, təkcə ona inanırsan. Qoruyursan. Dostlarından. Hətta ailəndən belə. Sənə elə gəlir ki, ayıracaqlar sizi. Sonunuzu gətirəcəklər. Bu sondan qoruyursan onu. Bu sondan qorxursan.

İcitməkdən qaçırsan, qəlbini qırmaqdan qaçırsan. Gedər deyə “SON” deyər deyə. Bu son  bir yada iki saatlıq filimin sonu deyil ki, bitsin və yeni bir filim başlasın. Bu son bir günlük sevgi belə olsa. Ömürlük son olar. Sənin onunla olduğun bir gün bir ildən belə qiymətlidir. Bu sonu ona görə istəmirsən ki, onu unudasan, onu və sevginizi dəyərsizləşdirəsən. Son bir başlanğıcdır. Başlanğınc isə bir son. Sən isə xəyalında başlanğıc və sonu özün üçün qurursan. Sevgiyə başlanğıc. Subaylığa son və evliyiyə başlanğıc. Həyata son və onunla birgə o dünyada başlanğıc...


... dəfə oxunub
Qiymət: 7/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Qoşqar Abbas
Haqqında
Abbasov Qoşqar Qara oğlu 22.02.1993  tarixində Qazax rayonunda anadan olub. 2011-ci ildə Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsinə qəbul olub. Hazırda fakültənin fəlsəfə ixtisasında III kurs tələbəsi olaraq təhsilini davam etdirir. İctimai aktivliyə 2011-ci ildən başlayıb. “İrəli” İctimai Birliyində “Fəlsəfə Akademiyası”  , “Miras” Mədəni İrsin Öryənilməsinə Kömək İctimai Birliyində “Mənim Yeni Blogum” , “Yeni Gənclik” Tələbə Birliyində” Fəlsəfə Məktəbi”, ”İşıq”  Gənclər Hərəkatında “Azərbaycanda…” layihələrinin koordinator-rəhbəri olub. Onlarla yerli və beynəlxalq layihələrin iştirakçısı olub. Fəlsəfə və blog hüquqları, layihə hazırlanması və idarəedilməsi üzrə təlimlər aparıb, mediada müxtəlif araşdırma və  köşə yazıları yayımlanıb. Daha sonra media sahəsində çalışmağa başlayıb. ”Miras” Mədəni İrsin Öryənilməsinə Kömək İctimai Birliyində media koordinator və İT qrup rəhbəri , “Yeni Gənclik” Tələbə Birliyin də layihələr üzrə katib, ”İşıq”  Gənclər Hərəkatında mətbuat xidmətinin katibi olaraq çalışıb. NewsTime.az Xəbər Portalının təsisçisi və baş redaktoru, Thenews.az Təhsil Portalının təsisçisidir.Web ( Blog ) : http://goshgarabbas.wordpress.com
Əlaqə
Tel.:
+994555733735
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0289 saniye