...Sona çatmaq yenidən başlamaq idi
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 18:39 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Arzularını soruşdum,
"dünyalar qədərində" - söylədi.
dünya böyük də,
sən necə kvadrat metrində mutlusan?! 
onu düşündü...

Əslində, qollarını aça bildiyi qədər mutlu idi
qışqıra bildiyi, səsinin yetdiyi yerə qədər.
ciyərinə çəkdiyi nəfəs boyda
dar olsa da, ürəyi
arzularının enişliyi yoxuşa varana qədər asan idi...

Xəyalları gerçəkləşənə qədər xəyal,
sonrasında düş qırıqlığı
cazib olmayan yaşam olanaqları
kimi mənasız idi...

Əslində, görə bilmədiyi qədər sonsuzluqla qaplanmışdı dünyası.
Sona çatmaq yenidən başlamaq idi
bunu bilsə, sona heç çatmayacaqdı,
varmayacaqdı arzuların həqiqətinə, 
qalacaqdı nağıl dünyasında...

Ayel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0317 saniye