soyuq noyabrım
Sən An tərəfindən "Şeir" bolməsinə 19:35 17 yanvar 2015 tarixində əlavə olunmuşdur

soyuq noyabrım,

gətir mənə bir az payız.

tökülsün bədənimdən yarpaqlar,

qollarım ağac kimi olsun.

 

çəkilim  yağışlı bir təkliyə,

üşüyüm,islanım yalnızlıqdan,

buludlar göy üzündən yox,

gözlərimdən asılsın,

mənə də bunlar qalsın payızdan.

 

soyuq noyabrım,

gətir mənə sarı rənglər,

bəlkə bu sarıların, mənim həyatımı rənglər.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+32=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0292 saniye