soyuq şeir dəmləmişəm gəl içək
Sən An tərəfindən "Şeir" bolməsinə 22:54 19 yanvar 2016 tarixində əlavə olunmuşdur

           ***

de görək necə keçir təkliyin
təpədən dırnağa 
yoluxmusanmı çirkli darıxmağa.
de görək otağın necədir,
vaxt tapa bilirsənmi
yatağını yığışdırmağa.
yoxsa elə hər şey yaşadıqların kimidir
dağınıq,vecsiz.
səliqəsiz.
de görək yenəmi içkili olub,
gecənin musiqisindən
qaldırmırsan başını,
hər səhər günəş doğanda 
ayılıb yolursan saçını.
de görək sevməyə bir adam olmayanda,
əşyalaşırsanmı.
de,
de,
cavab ver,
danış,susma.

***
əvvəllər otağımız isti idi,
qaz sobamız da var idi
üstündə çay dəmləyirdik.
sonralar ,
amma,sonralar
söndü hər şey
fikirlərimiz bölündü 
əzilmiş kağızın üstünə.
indi sənə deyirəm,
soyuq şeir dəmləmişəm
gəl içək, isinək.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.1492 saniye