Sus
Timur Alp tərəfindən "Esse" bolməsinə 12:27 20 avqust 2014 tarixində əlavə olunmuşdur

Ruhunla cismin arasındakı sərhədi niyə qaldırmırsan? Yada qaldırma o sərhədi dağıt!Qoy qovuşsunlar.Mən əminəm ki,sənin ruhunla cismin bir-birlərini tanımırlar.Çünki sən artıq qul olmağa öyrəşmisən.Hə bu belədir.Deyəsən etriaz edirsən? -Axı mənim komfortlu bir həyatım var. -Axı mən yüksək maaşlı bir yerdə işləyirəm. -Axı mənim hər şeyi sevirəm.Uşaqları,heyvanları,həyatı və s. Axı,axı,axı.Bezmədin bu cür başlıqlardan? Hey,sən oxucu artıq sən qul olduğunu təsdiq etdin.Mən sadəcə sənlə söhbətə başlamışdım.Fikir ver artıqmənəvi cəhətdən nə qədər yorğunsan.Heç özündə bilmədiyin bir anda düşmüsən bu kürənin içinə.Ətrafdan bir özünə bax.Hər gün iş,təhsil,ailə və s. Stres içindəsən sən. Gözünün qarşısına bir Siçan gətir.O çarxın içində dayanmadan qaçır ya da dayana bilmədiyi üçün qaçır.Niyə qaçır? Sadəcə enerji almaq üçün.İnsanların ixtirası.Bax,, səndə belə bir kürənin içindəsən,həyatın və sistemin ixtirasına məcburi qulluq edirsən.O siçanları o çarxın içindən götürməsən ölənə qədər qaçırlar. Heç soyuq bir suyun içinə uzanıb musiqi dinləmisən? Heç oxuduğun bir kitabdakı baş qəhrəmanın suallarını cavablandırmağa çalışmısan? Heç oxuduğun əsərin filminə baxıb,orda duyduğun musiqini ifa etməyə çalışmısan? Yada dayan!! Heç bu saydıqlarımın sənin üçün əhəmiyyəti var? Bu hərəkətlərə görə cəmiyyət səni qəbul etmirsə bu onların günahıdır! Sənin haqqında düşünənlər özləri üçün düşünür! Onlar sənin üçün əhəmiyyətli olmasın! Standart düşüncədən uzaq dur! Saat 04:20. Sən sadəcə hər şeydən uzaqlaşmaq adı ilə yatmısan. Əllərinə bax! Dodaqlarına toxun.Əllərini bədənində gəzdir.Hə yatağında uzan bunu et.Tanış ol!.Şokolad ye,kofe içgülümsə.Hə səndə alınır bu.Bunu et!Gül,bərkdən gül. Aynaya baxma o sadəcə sənin əksini göstərir birdə cismini. -Sən dəli olursan. Qoy sənə bunu desinlər.Sən yenədə gül.Ən sevdiyin musiqini dinlə.Qulaqcıqla dinləbu musiqi çünki sənin üçündür.Ruhun bunu istəyir.Ruhuna fikir vermirsən amma barmağın qanayanda ona qulluq göstərirsən.Ədalətsiz olma. Bax artıq sən cismin və ruhunla tanışsan.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Timur Alp
Haqqında
Timur Alp(Samir Miralı oğlu Hüseynov).26.12.1997-ci ildə Mingəçevir şəhərində dünyaya gelmişdir.Yazıçlığa Ⅶ sinifdə oxuyanda maraq göstərmişdir. 2013-cü ildə "Book club"a üzv olmuş və daimi kitab müzakirələrində iştirak etmişdi. 2014-cü ildə"GəncYazarlar"a üzv olmuşdu. "Dünya Türk Yazarlar Birliyi"nə 2014-cü ildə üzvlük vermişdir.
Əlaqə
Tel.:
055 745 68 12
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0236 saniye