Susmaq, bəzən dəyərlidir
Ceyhun Məmmədov tərəfindən "Digər yazılar" bolməsinə 09:19 07 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Mən susmağı iki xüsusiyyətə ayırıram. Daxilən və xarici olaraq susmaq. Susmaq, sözləri unutmaq demək deyil. Susmaq, sözlərin dəyərini bilməkdir. Bəziləri insanlara güvənmədikləri üçün susurlar. Bəziləri boş-boş cümlələrə görə susurlar. Bəziləri isə qarşı tərəfin anlamayacağına görə sözlərin dəyərini bilib susurlar. Əslində, boş-boş danışmaqdansa, sırf ağızdan bir söz çıxsın deyə dil-dil ötmək və bu sözləri nəyə görə dediyini anlamamaqdansa, danışmamağı seçmək daha məntiqli hərəkət olar. Çünki həmin zaman susmaq çox dəyərli bir məfhuma çevrilir. Bu dediklərim xarici olaraq susmağa aiddir. İndi isə belə bir ifadə deyim sizə. Hər zaman danış, insanlara qarış, onlarla birlikdə vaxt keçirt bunları etməyə insan məcbur deyil. Bəzən insan tək qalmalıdır. Özü ilə həmsöhbət olmağı bacarmalıdır. Mən demirəm ki, heç vaxt insanlarla həmsöhbət olmayın. İnsanlarla həmsöhbət olmaq çox gözəl bir xüsusiyyətdir. Mən onu bildirmək istəyirəm ki, biraz insanlarla həmsöhbət olun, biraz da tənhalığa vaxt ayırın. Çünki tənhalıq bəzən vadar edir ki, insan özünü dərk etsin. Avtobusun bir kənarında əyləşərək, ya da öz otağıvızda yanan bir şama baxaraq və ya uzanaraq tavanı izləyib içivizdəki sualları tapmaq, özüvüzü dərk etmək necədə gözəldir. İçivizdəki sualları axtaranda xarici olaraq susursuz, amma daxilən susmursuz. Niyə də sualları axtaranda daxilən susmalısız ki?! Əgər siz özüvüzü dərk etmək istəyirsizsə, sualları axtaran zaman daxilən susmamalısız. Siz özüvüzdən qorxmamalısız, utanmamalısız, rahat şəkildə xaricən susub, daxilən danışaraq sualların cavabını tapmalısız. Amma bəzən daxiləndə susmalısız. Çünki ikinci bir səs sizi narahat etməsin deyə susmalısız. İkinci bir səsin danışığını eşidəndə siz həmin zaman susmalısız. Bu zaman siz özüvüzə görə susmursuz, ikinci bir səsə görə susursuz. Bu ikinci səsə mən şeytan və ya sarışan hallar adını verərdim. İkinci bir səs sizi hər zaman mənfi xüsusiyyətə aparacaq, əgər siz ona qarşı susmasaz. Onunla danışmamalısız, o sizi doğru yoldan ayırır. Unutmayın! siz özüvüzə qarşı heç zaman susmamalısız. Daxilən ikinci səsə görə susmalısız, xaricən isə boş-boş danışan insanlara görə susmalısız. Sual verə bilərsiz ki, niyə boş-boş danışan insanların cavabını verməməliyəm? Çünki boşluq heç zaman olmayıb və olmayacaq. İt hürər karvan keçər bu atalar sözünü məncə boş-boş danışan insanlara nümunə kimi demək olar. Nəyə görə mənasız insana cavab verib, ona görə əsəbləşib hüceyrələrivizi öldürməlisiz. Ya da əsəbləşib psixologiyavızı pozmalısız. Bunlara ehtiyac yoxdur. Hərdən susun. İzləyici olmaq əslində çox gözəl bir vasitədir. Bir fikirləşin boş-boşuna danışan insana cavab verirsiz və o sizin dediklərivizi anlamır, öz dediyindən əl çəkmir. Bu zaman susaraq, yalnız izləyici olaraq onun səhv olduğunu belə bildirə bilərsiz. Siz susursuzsa, qarşı tərəfin haqlı olduğunu bildirmirsiz. Siz qarşı tərəfin dediyi sözləri boş hesab edib, vecinizə almayaraq onun haqlı olmadığını bildirirsiz. Bəzən insanın dəyəri susaraq bilinir…


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+5=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0313 saniye