Susqunlara
cəmilə tərəfindən "Esse" bolməsinə 22:19 18 avqust 2014 tarixində əlavə olunmuşdur

Uzun zaman olub yazmıyalı.Uzun zaman olub kəlmələri dağıtmayalı ağ vərəqə.Uzun zaman olub susmayalı.Nə yaşadın da, nə yazacaqsan deyənlər ki var. Bax onları əsas da susdurmalı.Nə yaşadım ki?Sənin o kiçik beyninin anlayamacağı qədər qəliz.Nə də başa düşə bilməyəcəyin qədər səssiz.Səssiz deyildi heçkəs.Hamı danışırdı.Ağlıma gəlir.İllər öncə bir xəstəxananın önündəydim. Mən yaşlarımda bir qız. Son günləriymiş anladığıma görə.Atam və anam yox idi.Və mən yenicə qərar vermişdim həkim olacağıma.Nəfəsimi də çəkə bilmədim o an.O ananın gözyaşları, fəryadı,atanın baxışları.Bitən sadəcə tək bir həyat deyilsə, yaşamağa dəyər demişdi anam.Və o haqlıydı.Biz ölərkən geridə buraxdıqlarımız.Ağrımız ,acılarımız.Baxa bilmədim əvvəl.Çevirdim gözlərimi.Hara qaçırırdım ki?!İllər sonra yenə o yerdə bəlkə də o arabada mən olacaqdım.Ölüm nədir anlamamışam mən. Heç qollarım arasında birini itirməmişəm.İnsan nə qədər istəsə unuda bilmirmiş deyirlər.Qorxumdan kəlmələlər də qaçır söhbətdən.Yox, dayanın bir görüm.Anlatmaq istədiyim.İntihar, ölüm,şəhid, qəhrəmanlıq.Qarışıq beynim. Dağınıq fikirlər.Dayanmayan barmaqlarım.Ğ hərfi kimi həyat.Bəzən mənasız,anlamsız, birşey ifadə etməz.Amma girdi mi digər hərflər içərisinə.Bəs mən sevdiyim bunca kəliməni necə deyərdim?!Bəs mən?! Nə ifadə edirəm görəsən?!Niyə doğulmuşam da, niyə də ölməliyəm.Hərgün eşidirəm.Danışılır arxamca.Utanmasalar pozğun çıxaracaqlar adımı.Çıxarsınlar!Nə vecimə!Yenə susuram.Söhbəti özüm dəyişirəm.Bugün anlada bilmirəm heçkəsə.Bir neçə günlük dünyadı deyə.Üç günlük dünyanı sonsuz yaşamayın deyə.Ya da sadəcə yaşayın deyə.Qınamadan,utanmadan sevdiklərinizdən.Düşünürəm, görəsən mən şikəst olsam bu səfər də utanacaqlardı mı məndən?!Mən xəbərsiz gülümsərkən.Eyni deyil mi yenə də.Mən gülümsəyirəm üzlərinə.Deyəcəksən ki heç mi sevilmədin sən, Cəmilə.Heç mi kimsə səni səndən daha çox düşünmədi.Gülərkən güldürmədin başqasının gözlərini.Bilmirəm olacaq cavabım inan.Kimin sevib kimin sevmədiyini bilmirəm artıq.Amma gözləyirəm.Ölümü.Gözləyirdim mən.Ölümü gözləyirdim.Və mən bugün keçmişə aid nə varsa öldürdüm.Mən içimdəki məni öldürdüm.Amma mənliyimi yox.Mən içimdəki bir Cəmiləni daha öldürdüm.Bilirsən insan doğularkən içərisində minlərlə hiss böyüyürmüş sən demə.Və bir an gələr o içindəki hərşeyi öldürərsən də geriyə sadəcə tək biri qalarmış.Onunla yenidən doğarsanmış dünyaya.Yenidən yaşamağa başlarsanmış.Bu dəfə Ğ hərfinin quyruğu düşərmiş başından.Və o tək başına olmazmış ama ən başda olarmış.Və mən içimdəki son Cəmiləni də saxladım.Digərlərini boğub atdım bi kənara.Gülümsədim ki böyümüşəm artıq.Məni incidən bütün insanların acığına gülümsədim.Öpdüm aynadakı surətimi,qucaqladım.Sevdim.Yaşamağı,ailəmi və xəyallarımı.

Sonra düşündüm.İnsan nə zaman ölər ki deyə.Nə zaman bilirsən ser?İnsan tək bir bədən olduğunda ölər.Hərkəs susar, hərkəs dinlər,hərkəs sevər.Və sən yenidən, yenidən doğularsan,sevərsən.Anlayarsan.Səhvsiz bir insan olmaq istərdim.Bu qədər inicidilmiş olmamaq.Fərqli olmaq yox.Sadəcə. Nə bilim.Sözlərin bitdiyi yerdə nə başlar bilinməz.Yeni bir hekayə.Amma bu dəfə daha səsli,daha mənalı və daha xoşbəxt.

Və sən kiçik qız.Mən səni yox,sənin surətini öldürdüm.Gizlətdim, qorudum.Bakirəliyim kimi.Onun kim hə.Birgün sən də. hərnəysə :)


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+30=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0246 saniye