Tağıyev və Parisli faytonçu
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 17:55 11 mart 2016 tarixində əlavə olunmuşdur

 1912-ci ildə Paris səfərindən qayıdan H.Z.Tağıyev "Bakı” qəzetinin müxbirinə belə bir əhvalat danışmışdır:

— Parisdə faytonda gedirdim, qabaqda mənə sağa burulmaq lazım idi. Faytonçu isə sola buruldu. Mən çətirin ucu ilə kürəyinə toxunub dedim:

— "Sağa dön.” Nə olsa yaxşıdır? Faytonçu qəzəblənmiş halda yerə atılıb qollarını ölçə-ölçə qışqırmağa başladı. "Ona nə oldu?” – deyə mən tərcüməçidən soruşdum”. 

Tərcüməçi dedi: 

— "O, qəzəblənib deyir ki, nə cəsarətlə siz çətirlə onun kürəyinə toxunmusunuz? Bununla onu təhqir etmisiniz.”

Mən oradakı camaata təəccüb qaldım və hər şeyi başa düşdüm… Bizdə əgər pulun, vəzifən varsa istəyirsən lap adamın belinə min sür, dəxli yoxdur, o yenə sənə səcdə eləyəcək. Bizdə də Parisdəki kimi camaat olandan sonra başqa həyat olacaq.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+31=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0463 saniye