Tamaşa
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 17:54 14 yanvar 2019 tarixində əlavə olunmuşdur

 

Kimlərəsə mücadələ, kimlərinsə əyləncəsi.
Gündüzlərin zülmətləri, aydınlıqların gecəsi.
Aydınlanır həyat burda, gedir insan sona sarı.
İnsanlıqçün hüzür düşüb -- arzuların intiharı.
Kimi ölüm ayağlnda, canın verir qüruruna.
Kimin pulun ayağında, dönüb kiminsə quluna.
Cəhd edən də çözənmədi həyatın bu tənliyini:
Gündüz çörək almaq üçün - gecə satır mənliyini.
Deyirlər ki, tamaşadır bir müddətlik olan yaşam.
Səhnədəsən əlində pul - budur sual: öləm - qalam?
Eyni şeydir - öldün ya yox. Əsas olsun pul dünyada.
Bir taxtada vəzir olan - digərdə olur piyada.
Dəyişməyən ssenarıdi - həyat axır, bu cür gedir.
Nə fərqi var olum-ölüm? Tamaşa ki davam edir.

 

Cavidan Hacıyev 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0283 saniye