Tanrı, ya quldar ?
Kollaps tərəfindən "Hekayə" bolməsinə 23:18 16 aprel 2014 tarixində əlavə olunmuşdur

- Mən və Tanrı. 
- Sən Allahla özünü bir səviyyədə tuta bilməzsən! 
- Niyə ki, belə daha yaxın olaram ona.
- Yox, Biz hamımız Allahın qullarıyıq. Onun qarşısında biz heç nəyik.

- Sən qorxursan! Sən fikirləşməkdən qorxursan. Sən beynini tanrının sənə bəxş etdiyini düşünürsən , amma onu işlətməydən qorxursan! Səncə bu axmaqlıq deyil?
- Sən də qorxursan. Hamı qorxmalıdı.
- Həm də dünya da hər şeydən əvvəl Tanrını sevdiyini deyirsən. Qorxduğunu necə sevə bilərsənki? özün buna inanırsan? yox, inanmırsan sadəcə qorxaqsan və fikirləşməkdən özünü yayındırırsan, çünki Tanrı sənin beynini də oxuya bilir.
- Sənə yazığım gəlir. Sən heç vaxt bunu başa düşməyəcəysən. Sənin beynini şeytan oq ədər doldurub ki...
- Yox , mənim sənə yazığım gəlir. Sən ömrün ibadətlə keçəcəy,heç kəsə elə bir yaxşılığın dəyməsə də düzdü pisliyin də dəyməyəcək. Ancaq sən bütün ömrünü sərhədlərlə yaşayıb , bir dəfə də olsun Tanrıya yaxınlaşa bilməyəcəysən. Sadəcə özünü aldadıb , öz yalanına özün inanacaqsan! Mənsə onun səsini dinləyib düz bildiyim yola gedəcəm. Bəzən onu dinləməyib səhv şeylər də edəcəm. Ancaq o , heç vaxt məni hədələmyəcək ya da rüşvət təklif etməyəcək. Yadda saxla dost sən qulsansa o quldardı. Qul və quldar arasında olmur mənəviyyat!
- Yenə də deyirəm , Sənə yazığım gəlir...


... dəfə oxunub
Qiymət: 9/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

Kollaps
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0335 saniye