Tanrıdan Məktub romanından
Aydın Aydınlı tərəfindən "Digər yazılar" bolməsinə 11:45 29 avqust 2014 tarixində əlavə olunmuşdur

  Gecənin qaranlığı özü ilə bərabər səssizlik də çökdürmüşdü hər yerə. Arada evlərdən gələn səslər bu sakitçiliyə maneə olurdu. Dekabr ayının ilk günləri idi. Qış fəsili özünü tam göstərmirdi, amma soyuqluğu yavaş-yavaş hiss edilirdi. Şaxta sanki qonduğu hər yerdə özündən iz qoyurdu. Havalar sərtləşdiyindən insanlarla yanaşı, bütün canlılarda isti yer axtarır və ağır keçəcək qışa hazırlıq görürdülər. Gec-gec olsada əsən külək, bir anlıq yer üzərindəki, hər şeyi sovurur, sonra yenidən yerinə qaytarıb qoyurdu sanki.

   Bu ərazidə ən səssiz, soyuq və tənha ev Ömərin yaşadığı ev idi. Ömər hər günkü vəziyyətində köhnə dəmir çarpayıda kirli və cırılmış bir döşək üzərində tərpənmədən uzanırdı. Onun yaşadığı yer təkcə çarpayısı və bir stol, stulu olan otaq idi. Ara-sıra küləyin döyəclədiyi pəncərələr səs edib, diksindirirdi. Sadəcə Ay işiğı ilə otaqda vahiməni hiss etməmək mümkün deyildi. Ömər aclığın verdiyi ağrıya dözə bilməyib, əlini yerə sürtdü. Yemək qabını tapıb əlləri əsə-əsə qarnının üstünə qoydu. Dirsəklənib acgözlülüklə yeməyi əlləri ilə yeməyə başladı. Boş yemək qabını yerə qoyub, yanındakı bir stəkan suyu əlinə aldı və dodaqlarını stəkanın ağzına dayaması ilə çirklənən suyu bir dəfə də içdi. Stəkandakı dodaq və əl izlərindəki çirk onun necə bir tüfeyli həyat yaşadığını izah edirdi. Ömər qarnını doyurub toxluğun verdiyi rahatlıqla, özünü çarpayıya yıxdı. Onun yeyib-içdiyi yemək və suyu  qonşularının kimsəsiz, tənha olan bir insana yazıqları gəldiyi üçün etdikləri kömək idi. Hərdən bir ailə ona yemək və su gətirərdi. Amma kim gətirirsə gətirsin qorxa-qorxa evə daxil olardı. Çünki bu qaranlıq və atılmış tüfeyli evə haradan gəldiyi naməlum olan insan müəmmalı idi. Ömərin ağrılarının kəskinləşdiyi zaman çıxardığı səslər eşidənləri daha da ürküdürdü. 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Aydın Aydınlı
Haqqında
Aydın Aydınlı (24 iyun, 1996) - şair və yazar.
Əlaqə
Tel.:
0514602629
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0309 saniye