Tanrıların və Seksin beşiyi - Mesopotamiya
ŞvartsMan tərəfindən "Elmi məqalə" bolməsinə 20:50 20 iyun 2015 tarixində əlavə olunmuşdur

Bütün yollar Mesopotamiyaya aparır

Siyasi coğrafiyada Mesopotamiya adlı dövlət olmayıb. Mesopotamiya 2 çayarası (Dəclə-Fərat) yaşayan mədəniyyətlərin və xalqların toplusudur.
Bu günümüzdə İraq, şimal-şərq Suriya, cənub-şərq Anadolu, cənub-qərb İran tor-paqlarını əhatə edir. Tarixdə bir çox mədəniyyətin beşiyi hesab edilir. Mesopotamiya Şumer, Babil, Assur, Akkad, Elam kimi mədəniyyətlərin yarandığı və inkişaf etdiyi yerdir. Sonradan Elamlar İran mədəniyyətini yaradacaqdılar. Bənzətmə aparsaq, bu bir insanın yaranması və ondan müxtəlif millətlərin, inancların, mədəniyyətlərin yaranması kimi bir şeydi. Qısacası, mədəniyyətlərin kökü Mesopotamiyaya gedib çıxır və tam əminliklə deyə bilmərik ki, bizim öz mədəniyyətimiz var.

Şumerlər tarixdə ilk xalq olublar

Mesopotamiyada ilk xalq və sonrakı mədəniyyətlərin əsasını qoyan Şumerlərdir.Yazını, dili, tibbi, astronomiyanı, riyaziyyatı, həmçinin din, fal, magiya və mifologiyanı şumerlər yaradıb. “Yaradılış” və “Tufan” hekayəsinə ilk dəfə şumer-lərdə rast gəlinib. Ən məşhur əsəri “Gilqameş haqqında əfsanə”dir. Bu da dini əsər olub, insan və tanrılardan bəhs edir. Çünki mədəniyyətin kökü dini inanclar üzərində qurulmuşdu. Həmişə siyasi sistemlə dini sistem iç-içə olub. Birinci insanlara nəzarət edir, ikincisi isə insanları idarə edir.
Şumerlərin dini paytaxtı Nippur şəhəri sayılırdı. Çünki baş tanrı Enlilin məbədi Nippurda yerləşirdi. Şumerlər çoxtanrılı inanca sahib idilər.

Yaradıldıq-Tufana düşdük

Mesopotam mifologiyasında tanrılar tərəfindən yaradılan ilk insan Adapa olub. “Adapa” akkad dilində adam, kişi deməkdir. Monoteist üç dindəki Adəm, yəni adam bu mifologiyanın törəməsidir. Günah, meyvə, cənnətdən qovulma –hamısı hələ monoteist dinlərdən neçə əsr əvvəl var imiş. İnsanın torpaqdan, palçıqdan yaranması da çox güman ki, yerin, torpağın müqəddəs və bərəkətli, məhsuldar olması ilə bağlı idi. Həm də insan torpağa bağlı olması əfsanənin diniləşmiş forması idi.
“Tufan” hekayəsi də əslində “Gilqameş”dəki Tufan əhvalatının eynisidir, yalnız bəzi dəyişikliklərlə. Şumerlərdəki “Tufan”, Allahın insanları cəzalandırmaq üçün göndərdiyi “Böyük tufan və Nuhun gəmisi” əfsanəsinə şəklini dəyişmiş formada keçmişdir.
Əslində mənbələrə görə, Tanrı insanları özlərinə kölə, köməkçi olaraq yaratmışdı,sonradan insanlar azad olmuşlar “günaha bataraq”. Gilqameş də hər insan kimi ölümsüzlük və əbədi həyatın axtarışındaydı, amma sonda anlayır ki, bu mümkün deyil. Yalnız Enlilin qanunları ilə və özündən sonra ad-san qoymaqla əbədi yaşamaq olar.

Hammurapi əslində ilk peyğəmbər olub

O, Babil kralı və qanunlar yazan ilk insandır. “Hammurapi qanunları” 282 maddədən ibarətdir.
Hammurapi qanunlarından bəziləri:
-Bir adam başqa adamın azadlığını məhdudlaşdıran hərəkət edirsə, eyni hərəkətlə cəzalandırılır.
-Bir adama oğurluq edirsə, əlləri kəsilir, təcavüz edirsə, ölüm cəzası və ya kişi-likdən məhrum edilərək cəzalandırılır.
-Bir adamın gözünü çıxardanın gözü çıxarılır.
-Bir adamı günahlandıran kəs bunu sübut etməlidir. Sübut edə bilmirsə, ölümlə cəzalandırılır.
Hammurapi bu qanunları Babilin baş tanrısı Mardukun Esaggila məbədinin bir daşına akkadca yazdırmışdır. O, özünə bu qanunları yazdıranın günəş tanrısı Şamaş olduğunu söyləmişdir. Dolayı yolla qanunlar da Peyğəmbərlərin dini qanunları kimi Tanrının sözü sayılırdı. Hammurapinin qanunları dini-hüquqi müstəvidə idi. Hammurapi – hökmdar-peyğəmbər, qanunlar isə Tanrıdandır.
Bu günün bütün konstitusiyalarında insan haqqları ilə bağlı bu maddə olmalıdır: Qanun qarşısında hamı bərabərdir. Bu, dini sözdür. Baxın: Allah qarşısında hamı bərabərdir. Bu “müqəddəs” iki cümlə insanları itaətdə saxlamaq və idarə etmək üçün eyni mahiyyətli, amma başqa formada ifadə edilmiş sözlərdir.
Yaxşı, bəs Hammurapi niyə Babilin baş tanrısı Mardukun məbədinə günəş tanrısı Şamaşın sözlərini yazdırdı? Əslində məncə, Marduk siyasi güc idi, Şamaş isə dini. O vaxtı insanlar siyasətdən çox dinə inanırdılar. Bəs niyə Şamaş?
Şamaş ərəbcəyə Şəms olaraq keçmişdir. Şəms “günəş” deməkdir. Aduşşəms, “günəşin qulu” mənasını verib, Günəşə sitayiş edənlərin adı idi. Şamaş qərb dillərinə Sun (ing.), Sonne (alm.) kimi keçib. Günəş günü Sunday və Sonntag. Göy cisimlərinə ibadət edənlər (məsələn, günəşə, aya) həftənin bir gününü ibadətə ayırırdılar. Sunday və Sonntag “bazar günü” deməkdir. Deməli, mesopotamiyada bazar günü Günəşə ibadət edirdilər. Niyə? Çünki Günəş əsas idi. Həyat mənbəyi sayılırdı, bitkiyə, torpağa, insana həyat verirdi.

Ziqquratlar və müqəddəs fahişəlik

Zikkuratlar məbədlər idilər. Ən qədimi e.ə. 3000 ilə aiddir. Adətən Zikkuratlar 7 qatlı 3 əsas bölümdən ibarət idi. İlk qat ərzaq anbarı, orta qatlar məktəb və məbəd, son, yüksək mərtəbə isə rəsədxana idi. Bu zikkuratların orta mərtəbələri ibadətlər və sakral prostitusiya üçün idi. Çox güman ki, yüksək mərtəbəsi olan rəsədxanalar o vaxtın dindarlarının tanrılardan işarəni bilmək, onunla danışmaq, ona yaxın olmaq üçün nəzərdə tutulurdu. Ola bilsin ki, ilk vəhylər buradan yaranıb.
Mesopotamiyada Enlil dinin ən güclü tanrısı idi. Qızlarından birinin adı İnanna idi. Sonradan o, Akkadlarda İştar olacaqdı. O, sevgi, bərəkət və müharibə ilahəsi (tanrıçası) idi. Və başqa adla İnanna – “Müqəddəs fahişə” idi.
Əkinçiliklə yaşayan insanlar üçün məhsul hər şey deməkdir. Və Şumerlərin dini inanclarında İnanna ilə əri çoban Dumuzi arasındakı müqəddəs evlilik (sonradan bu İştar və Baal olacaqdı) buna sübutdur. İnannanın kral Dumuzini cinsi birləşməyə ehtiraslandırması torpağın məhsuldarlığını artıracaqdı. Seks ölkədə rifahın və xoşbəxtliyin açarı idi. Bu səbəbdən məbədlərdə rahibə-fahişələr vardı ki, onlar müqəddəs sayılacaq məbədlərdə fahişəliklə həm məhsuldarlığı artırırdılar, həm də seks mənəvi təkmilləşmə, yüksəlmə sayılırdı. Məsələn, Gilqameş əfsanəsində heyvanlar arasında yaşamış vəhşi Endikun fahişə ilə bərabər olduqdan sonra mədəniləşməsi initsiasiya rolunu oynayırdı. Mesopotamiya kimi qədim mədəniyyətlərdə kişi initsiasiyasının ayrılmaz parçası olan məbədlərdə Müqəddəs Fahişə ilə yaşanan təcrübə idi. Yəni kişiliyə ilk addımlarını atan bir gənc həm cinsi təcrübə qazanır, həm də qadını xoşbəxt etmək üçün necə sevişməyi öyrənirdi. Həmçinin bildiyimə görə, bu təkcə sakral prostitusiya deyil, həm də gənc oğlan burda etika-estetikanı , qadınla rəftarı öyrənirdi. Qısacası, bakirəlik müqəddəs-zad deyildi. Seks bir mərasim, bayram idi. İnanca görə, bahar fəslində yeraltı dünyasından yenidən gələn Baal, İştarla cinsi əlaqəyə girərdi. Buna inananlar üçün mənası odur ki, Baal yağış yağdıraraq İştarı (bitkiləri) sulaması və beləcə bitkilərin məhsul verməsini təmin etmək idi. Bu hadisə hər il gecə və gündüz bərabərləşdiyi Mart ayında qeyd edilirdi. Bu bayramlarda yemək yeyib şərab içilir, sonra Baal və İştar məbədlərində müqəddəs qadın və kişi fahişələrlə sekslə məşğul olunurdu. Bunda məqsəd Baal və İştarı cinsi birləşməyə həvəsləndirməkdi.
Bəs niyə görə Müqəddəs Fahişəlik? Çünki müqəddəsliyi onun məbədlərdə (məscid, kilsə və sinaqoq kimi) edilməsidirsə, fahişəliyi onun nikahsız olmasındaydı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0267 saniye