Tanrının dini yoxdur
Nigar Şahsuvarova tərəfindən "Esse" bolməsinə 21:54 30 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Tanrının dini yoxdur. Əlavə olaraq Tanrının kanonları, 5 sütunu və rəngli geyinmək hüququ da yoxdur. Onun vecinə də deyil ki, biz xilas üçün alma yeyirikmi (?), südü və əti ayrı qaz plitələrində hazırlayırıqmı (?), Ramazan ayında gündüz vaxtı yeyirikmi (?). O, namaz qılmağı, sünnət olunmağı tələb etmir və inanmır ki, dünya əzaba əsaslanıb. Ona bizim iki həftəlik mesajımız, yağsız üzümüz, ölü üçün matəm əlaməti olaraq ürək sahəsində bir deşik kəsməyimiz lazım deyil.

Bütün bunları insanların özləri uydurublar: Tanrını gözqamaşdırıcı etdilər, ikonaları rənglədilər və ağ daş üzərində ornamentlər yondular. Əsrlər boyunca dini müharibələr apardılar, kürənsaçlı qadınları və əksini düşünənləri məhv etdilər. Yüzlərlə kitab yazdılar, minlərlə qayda və məhdudiyyət qoydular. “Mikve”yə əməl etməyənləri, ölülər üçün dua etməyənləri, protestantların davranışlarını və ayini icra etməyənləri qınadılar.

2000 ildə heç nə dəyişilmədi. Biz dil öyrənirik, internetdən istifadə edirik, yemək məqsədilə ağıllı çubuqlar ixtira edirik, göbək bağını saxlayırıq, amma İsaya, Krişnaya, Məhəmmədə, Buddaya rəğmən öldürməyə, oğurlamağa, aldatmağa, nifrət etməyə davam edirik.

Biz küçələrdə və metro vaqonlarında mübahisə edirik. Yarısı dostlarımız olmaqla yüzlərlə düşmən qazanırıq. Gizlən-qaç oynayırıq və səs yaradırıq. Maska və süni klapan taxırıq. Və tamamilə unutmuşuq: Nəyə görə yaşayırıq, nəfəs alırıq, süd əmirik. Hətta dərk etmirik ki, bir məqsəd üçün Yer üzünə gəlmişik-Xoşbəxtliyi tapmaq!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0272 saniye