Tapdım
Muzafferus tərəfindən "Esse" bolməsinə 21:32 23 dekabr 2014 tarixində əlavə olunmuşdur

Axtarışlar… İnsan ömrü boyu nə isə yeni bir şeyin aştarışındadır. Doğulduğu gündən ölənə qədər… Axtarır… Bəzən yeni şeyləri yox, var olan mövhumatların axtarışında olur. Xoşbəxtlik kimi, Azadlıq kimi

Mənim kimi :)

Mən də axtarışındayam xoşbəxtliyin. İllərcə insanların başlarna faciələri gördükcə, göz yaşı axdıqca xoşbəxtliyin əlçatmaz olduğuna daha çox inanmağa başlayırdım. Gündən-günə mənfi hadisələrin təsiri müsbət emosyaları dağıdıb, məh etdikcə ürəyimdə yaranan sıxıntı məni daha çox xoşbəxtlik axtarışlarına çıxmağa vadar edirdi. Qərara aldım ki, “necə xoşbəxt ola bilərəm?” sualına cavab tapım. Düşüncələr və fikirlərimin daxilində keçirdiyim günlərim nəticəsiz qalmadı. Tapdım. Və öyrəndim ki, xoşbəxtlik gülüşümüzdə və sevgi hissində gizlidir. Və bununlada xoşbəxtliyə gedən yolu tapmışdım. Yolun sonunda xoşbəxtliyə çatacaqdım. Amma bu belə deyildi. Elə ilk addımımı atanda yeni bir həqiqətlə qarşılaşdım. Xoşbəxtliyə gedən yolda yeni bir şey öyrəndim. Və artıq bilirəm ki, xoşbəxtlik yolun sonunda deyil, yolun üzərindədir!!!Növbəti axtarış isə azadlıq idi. Bu haqda qısa danışacam. Axtardım… Axtardım və tapdım ki, bizim azadlıq dedikdə ağlımıza gələn ilk şey əslində azadlığın özü yox, tərs üzüymüş. Qanunsuzluq və haqsızlıq imiş. Buna biz xarici azadlıq desək, doğru olan üz “tərsin təsrsi” – daxili azadlıqdır. Yəni əvvəlcə daxilən azad olmalısan. Bunun yolunu tapmalısan.  

 

Axtarın, tapacaqsınız.
Döyün, açacaqlar.
İstəyin, verəcəklər. (İncil)


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+4=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0583 saniye