Tarixdəki ilk mesaj
Ülfət Cavad tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 15:35 02 aprel 2016 tarixində əlavə olunmuşdur

 Tarixdəki ilk teleqraf mesajı 24 May 1844 cü ildə qeydlərə keçib. Bu mesajda Samuel Morze, "Tanrı nələrə qadirdi" (What hath God wrought)? yazmışdı.10 Mart 1876-da edilən tarixdəki ilk telefon görüşündə Aleksandr Qrehem Bell, assistenti Tomas Uatson "Mister. Uatson bura gəlin. Sizi görmək istəyirəm" deyə qışqıran zaman bu cümlə aparılan ilk telefon görüşündə yaradılan ilk cümlə kimi tarixə keçdi.

İlk göndərilən e-mail ilə bağlı dəqiq bir məlumat olmasa da, ilk elektron poçt proqramını inkişaf etdirən Ray Tomlinson, ARPANET üzərindən atdığı ilk e-mail mesajının "QWERTYUIOP" olduğunu təxmin edir. Mənasız görünən bu mesajın səbəbi isə Tomlinsonın e-mail sisteminin fəal olub olmadığını bilməməsi səbəbindən sınaq məqsədilə klaviaturanın ən üstdəki yanaşı hərf kombinasiyasına basaraq bir qaralama mətn yaratmış olmasıdır. Atılan ilk e-mailin tarixi isə 1971.

İlk atılan SMS 1992-ci ilin dekabr ayında qeydiyyatdan keçib. Mesajı atan, SƏMA adlı şirkətdə çalışan İslam Papworth adlı gənc bir mühəndis idi. Vodafondaki bir dostuna mesaj atan Papworthun mesajında "Merry Christmas" yazırdı.

2005-ci ildə Youtube ilk videosunu yayımladı. Youtube-un qurucu ortaqlarından Jawed Bum tərəfindən göndərilən ilk Youtube videosunun adı "Me at the zoo" yəni "Zooparkda mən" idi. Videoda eşidilən ilk cümlə isə "Alright, so here we are in front of the elephants" yəni "Budur burada, fillərin önündəyik" olmuşdu.

Youtube-dan 1 il sonra Twitter quruldu. İlk tweet, 21 Mart 2006-ci il tarixində twitter-in qurucusu olan Jack Dorsey tərəfindən atıldı. İlk tweetdə Dorsey, "Sadəcə twitterımı yaradıram" (Just setting up my twttr) yazırdı. Yəni Dorseyin sınaq məqsədli mesajı ilk tweet olaraq tarixə keçdi.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0214 saniye