TƏBRİZ
Cingiz Babaoğlu(Əliməmmədov) tərəfindən "Şeir" bolməsinə 20:51 11 noyabr 2017 tarixində əlavə olunmuşdur

Necə də, gözəl bir şəhərsən Təbriz,

Səni görmək üçün, göynər qəılbimiz.

Nə qədər həsrətdə, yaşamışıq biz,

Vətənin ikinci yarısı, Təbriz.

 

 Diddilər, böldülər Azərbaycanı,

Çaydan bəri qaldı, o biri canı.

Töküldü, nə qədər igidin qanı,

Sağalmır, Vətənin yarası, Təbriz.

 

Tarixin yaddaşıı, unudulmazdır,

Kim bilir, ömrü də çoxdur, ya azdır.

Bir üzü qaradır, biri bəyazdır,

Səndən uzaq olsun, qarası, Təbriz...

 

Çingiz Babaoğlu (Əliməmmədov)

Quba

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0235 saniye